Icma.az
close
up
RU
Moskvanın “ixrac gülləsi” hədəfə çatmadı

Moskvanın “ixrac gülləsi” hədəfə çatmadı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan iqtisadiyyatı qadağalara boyun əymir...

Rusiyanın ayrı-ayrı erməni ixracatçılarına qarşı tətbiq etdiyi müvəqqəti məhdudiyyətlər ölkənin ümumi makroiqtisadi göstəricilərinə ciddi təsir göstərməyib və Ermənistan iqtisadiyyatı yüksək fəallıq nümayiş etdirməkdə davam edir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Kremlin sanksiya və idxal qadağalarının, hətta indiyədək Rusiyaya yumurta və ya bu sahə üzrə digər məhsullar ixrac etməmiş Ermənistan quşçuluq şirkətlərinə də şamil edilməsi ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, belə müəssisələrin fəaliyyətində bu tədbirlər nəticəsində faktiki olaraq heç nə dəyişməyib. Onun sözlərinə görə, dövlət statistikası Ermənistan bazarının xarici təsirlərə qarşı dayanıqlılığını aydın şəkildə nümayiş etdirir: “Özünüz də görə bilərsiniz ki, cari ilin təkcə may ayında iqtisadi fəallıq göstəricisi 11 faiz təşkil edib, yanvar–may aralığı üzrə isə illik ifadədə 8 faizi ötüb. Təsir hər zaman mövcud olur, lakin rəqəmlər öz-özlüyündə danışır”.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 2026-cı il mayın 15-də daha əvvəl məhsullarının Rusiyaya tədarükü dayandırılmış bir sıra Ermənistan müəssisələrində yoxlamalar aparmaq niyyətində olduğunu açıqlayıb. Mayın 30-da isə “Rosselxoznadzor” mənşəyi və göndərişi Ermənistan olan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin Rusiyaya idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Qurum bu siyasi qərarı “Ermənistan meyvə-tərəvəz məhsullarının Rusiyaya tədarükü zamanı pozuntuların artması və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edildiyi” sözləri ilə pərdələyib.

Ancaq məhdudiyyətlər bununla da bitməyib. İyunun 2-dən etibarən “Rosselxoznadzor” ölkədən tumlu meyvələrin – albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin, eləcə də üzümün idxalını məhdudlaşdırıb. İyunun 3-dən isə bu siyahı daha da genişləndirilib. Ora alma, armud, badımcan, kartof və quru meyvələr əlavə edilib. Nəhayət, iyunun 11-də “Rosselxoznadzor” Ermənistandan gətirilən bütün karantin nəzarətinə aid məhsulların idxalını qadağan edib.

Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 90 faizdən çoxu Rusiyanın payına düşdüyündən ölkədə bununla bağlı narahatlıqlar var idi. Mərkəzi Bankın sədri Martın Qalstyan iyunun 16-da jurnalistlərlə görüşündə bildirmişdi ki, ölkəsinin Rusiya ilə ümumi mal ixracı ÜDM-in təxminən 6 faizini təşkil edir. Lakin problemlər əsasən kənd təsərrüfatı məhsulları, eləcə də emal və qida sənayesinin məhdud sayda sahələrini əhatə edir. Buna görə də hadisələrin mənfi ssenari üzrə inkişaf edəcəyi təqdirdə, bu, ÜDM-in 2 faizə qədər azalmasına səbəb ola bilər. MB sədri qeyd etmişdi ki, bazarların şaxələndirilməsi mümkün olarsa və ixrac bundan zərər görməzsə, qeyd olunan təsirlər daha zəif olacaq: “Xüsusilə spirtli içkilər kimi əsas ixrac məhsullarında ixracın ümumi istehlakdakı payı yüksək olduğundan, Rusiyada qəbul edilən qərarlar bu sahəyə birbaşa təsir göstərir. Məhz buna görə tənzimləyici orqan ən pis ssenaridə ÜDM-ə təsirin maksimum 2 faiz ola biləcəyini bildirir”.

***

Ancaq indi məlum olur ki, Rusiyanın son aylar Ermənistan məhsullarına tətbiq etdiyi ardıcıl məhdudiyyətlər Moskvanın gözlədiyi iqtisadi effekti verməyib. Ən azı indiyədək açıqlanan rəsmi makroiqtisadi göstəricilər belə deməyə əsas verir. Ermənistan iqtisadiyyatında ciddi geriləmə qeydə alınmayıb, iqtisadi fəallıq yüksək səviyyədə qalıb və hökumət də məhz bu rəqəmlərə istinad edərək məhdudiyyətlərin həlledici təsir göstərmədiyini bildirir.

Əslində, bu nəticə müəyyən mənada gözlənilməzdir. Çünki Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər tək-tək məhsulları deyil, Ermənistanın kənd təsərrüfatı ixracının böyük hissəsini əhatə edirdi. Balıq məhsullarından başlayan proses sonradan gül, pomidor, xiyar, bibər, göyərti, çiyələk, çəyirdəkli və tumlu meyvələr, kartof, quru meyvələr və nəhayət, bütün karantin nəzarətinə aid məhsulları əhatə etdi. Belə genişmiqyaslı addımların Ermənistan iqtisadiyyatına qısa müddətdə ciddi zərbə vuracağı gözlənilirdi. Lakin açıqlanan statistika fərqli mənzərə ortaya qoyur. May ayında iqtisadi fəallığın 11 faiz təşkil etməsi, ilin ilk beş ayında isə 8 faizi ötməsi göstərir ki, iqtisadi proseslər yalnız kənd təsərrüfatı ixracından asılı deyil. Bu, həm də onu göstərir ki, makroiqtisadi sabitlik tək bir sektorda yaranan çətinliklərlə dərhal pozulmur. Bu, o demək deyil ki, problemlər yoxdur. Əlbəttə, fermerlər, ixracatçılar və emal müəssisələri müəyyən çətinliklərlə üzləşirlər. Bəzi məhsulların satışında problemlər yaranıb, alternativ bazarların tapılması isə vaxt tələb edir. Ancaq bu çətinliklərin bütövlükdə iqtisadiyyatı böhran vəziyyətinə gətirdiyini söyləmək hələlik mümkün görünmür. Ermənistan Mərkəzi Bankının ÜDM-in 2 faizə qədər azala biləcəyi ilə bağlı proqnozu da potensial risk ssenarisidir. Yəni söhbət artıq baş vermiş nəticədən deyil, müəyyən şərtlər daxilində yarana biləcək ehtimaldan gedir.

Maraqlıdır ki, Rusiyanın iqtisadi təzyiq aləti kimi istifadə etdiyi məhdudiyyətlər əks effekt də yarada bilər. Çünki belə addımlar Ermənistanı yeni ixrac istiqamətləri axtarmağa, logistika marşrutlarını yenidən qurmağa və bazarlarını mərhələli şəkildə şaxələndirməyə sövq edir. Bu proses qısa müddətdə çətin və xərc tələb edən olsa da, uzunmüddətli perspektivdə bir bazardan asılılığın azalmasına xidmət edə bilər.

Bütün bunlar göstərir ki, iqtisadi təzyiq mexanizmlərinin effektivliyi həmişə gözlənildiyi qədər yüksək olmur. Xüsusilə də hədəf ölkə makroiqtisadi sabitliyi qoruyub saxlaya bilirsə və yaranan problemlərin sistem xarakteri almasının qarşısını alırsa. Hazırkı mərhələdə açıqlanan göstəricilər Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin Ermənistan iqtisadiyyatını sarsıtmaq məqsədinə çatmadığını göstərir. Bu baxımdan, Moskvanın ixrac qadağaları siyasi mesaj vermiş olsa da, iqtisadi nəticələr baxımından gözlənilən effekti hələlik ortaya qoymayıb.

Ermənistan iqtisadiyyatında ciddi problemlərin yaranmayacağını Avrasiya İnkişaf Bankının (AİB) analitik tədqiqatlar direktorluğunun rəhbəri Aleksey Kuznetsovun “Sputnik Ermənistan”a verdiyi açıqlama da təsdiqləyir. Rusiyanın ixrac məhdudiyyətlərinin mümkün təsiri ilə bağlı agentliyin sualını cavablandırarkən Kuznetsov 2026-cı ildə Ermənistan iqtisadiyyatının artım tempi ilə bağlı proqnozun ciddi şəkildə yenidən nəzərdən keçirilməsinin gözlənilmədiyini bildirib.

AİB daha əvvəl 2026–2028-ci illər üçün hazırladığı makroiqtisadi proqnozda Ermənistan iqtisadiyyatının 2026-cı ildə 6 faiz artacağını, 2027–2028-ci illərdə isə artım tempinin 5,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırmışdı. Mövcud vəziyyət fonunda bu qiymətləndirmələrin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala cavab verən Kuznetsov bildirib ki, son makroiqtisadi proqnoz cəmi bir-iki həftə əvvəl açıqlanıb: “Biz hər 6 aydan bir proqnozlarımızı dərc edirik və 2026-cı ildə Ermənistan iqtisadiyyatının artım tempi ilə bağlı ciddi dəyişiklik gözləmirik. Proqnozumuz təxminən 5,5 faizlik artımdır”.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı inkişafını davam etdirir və bu prosesə çoxsaylı daxili amillər təkan verir. “Buna görə də iqtisadiyyatda nəzərəçarpacaq və ciddi zəifləmə gözləmirik. Hazırkı baza proqnozumuzda da belə bir ssenari nəzərdə tutulmayıb. Əlbəttə, vəziyyəti daim izləyirik. Əgər dəyişiklik olarsa, bunu noyabrda açıqlayacağımız növbəti makroiqtisadi proqnozda mütləq əks etdirəcək və qiymətləndirəcəyik”, – deyə o əlavə edib.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see363

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see281

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see279

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see263

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see215

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see206

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see199

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see189

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see184

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see183

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see179

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see179

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see177

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see168

AP 2027 ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır

29 İyun 2026 04:20see166

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see161

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see159

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see154

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see151

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri