Trampın 34 gün ərzində verdiyi itkilər ŞOKA SALDI: Ziyan böyükdür!
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İranın raket və xüsusilə də pilotsuz təyyarə hücumları ABŞ-ın Yaxın Şərqdəki hərbi aktivlərinə genişmiqyaslı ziyan vurub.
Turkustan.az xəbər verir ki, bu hücumlar milyardlarla dollar ziyana, yüzlərlə əsgərin yaralanmasına və vacib müdafiə sistemlərinin qeyri-kafi olması ilə bağlı tənqidlərin artmasına səbəb olub.
Böyük Britaniyada yerləşən "The Times" qəzetinin məlumatına görə, İranla davam edən münaqişədə bölgədəki 13 ABŞ hərbi bazasının əksəriyyətinə ciddi ziyan dəyib. Hesabatda müharibənin ilk ayında 1,5 milyard dolları keçdiyi, 300-dən çox əsgərin yaralandığı və 13 əsgərin öldüyü bildirilir.
ABŞ-ın E-3 Sentry AWACS erkən xəbərdarlıq təyyarəsinin Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına birbaşa zərbə nəticəsində məhv edildiyi bildirilir. Hər birinin dəyəri təxminən 300 milyon dollar olan bu təyyarələrin itirilməsi ABŞ-ın bölgədəki hava nəzarəti imkanlarına ciddi təsir göstərir.
İranın Şahed-136 kamikaze dronlarının aşağı hündürlük və sürətli hərəkət qabiliyyətləri sayəsində inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini dəf edə bildiyi bildirilib. Pentaqonun bu yeni təhlükəyə kifayət qədər hazır olmadığı ilə bağlı tənqidlər diqqəti cəlb edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 02 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















