“Trampın açıqlamasından sonra Hörmüzdə hərəkət demək olar ki, dayanıb”
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin həlli perspektivləri ilə bağlı açıqlamalarından sonra Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi dəniz nəqliyyatının izləmə məlumatlarına istinadən məlumat yayıb.
Mayın 3-də ABŞ prezidenti bildirib ki, Tehran kifayət qədər yüksək şəkildə cəzalandırılmadığı üçün ABŞ-nin qarşı tərəfin sülhlə bağlı təklifini qəbul etməsi ehtimalı azdır.
Nəşr yazır ki, şənbə günü hər iki istiqamətdə dəniz dəhlizindən doqquz gəmi istifadə etsə də, bazar günü yalnız iki İran ticarət gəmisinin keçidinieydə alınıb:
“Son həftələrdə bir çox gəmi boğazdan transponderləri söndürülmüş şəkildə keçir. Xüsusilə, ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz blokadası fonunda bəzi İran ticarət gəmiləri Cənub-Şərqi Asiya sularına çatdıqdan sonra transponderlərini işə sala bilərlər.
Trampın açıqlamasından sonra Hörmüz boğazında məhdudiyyətsiz gəmiçiliyin tez bir zamanda bərpa olunmasına ümidlər zəifləyib”.
Bu mövzuda digər xəbərlər:Hörmüzdə hərəkət dayandı
02 Mart 2026 18:22
Hörmüzdə hərəkət normallaşır
29 İyun 2026 15:57
Hörmüzdə hərəkət qaydaları AKTUAL
05 Avqust 2026 17:36
Hörmüzdə sakitlik: İran ABŞ arasında toqquşmalar dayanıb
08 May 2026 21:48
Trampın açıqlamasından sonra neft qiymətləri yüksəlib
14 İyul 2026 09:54
Baxış sayı:180
Bu xəbər 03 May 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















