Icma.az
close
up
RU
Trampın adamına Bakı ilə bağlı xüsusi tapşırıq: Türkiyədən soruşublar ki...

Trampın adamına Bakı ilə bağlı xüsusi tapşırıq: Türkiyədən soruşublar ki...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanla bağlı açıqlamaları maraqla qarşılanıb. O bildirib ki, Azərbaycana dair məsələlərdə mütəmadi olaraq Türkiyə rəsmilərindən məsləhətlər alır və bunu Ağ Evin xüsusi tapşırığı ilə həyata keçirir.

Uitkoff, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak vasitəsilə Ankara rəsmiləri, xüsusilə də Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalının fikirlərinə müraciət etdiyini vurğulayıb. O, son dövrlərdə bu tip məsləhətləşmələrin intensivləşdiyini də qeyd edib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Tramp administrasiyasının nümayəndəsi bu açıqlama ilə Vaşinqtonun Bakıya dair siyasətini Ankara ilə koordinasiyalı şəkildə həyata keçirdiyini göstərməyə çalışır:

“Azərbaycanla bağlı məsələlərdə ABŞ və Türkiyə arasında məsləhətləşdirilmiş siyasət yürüdülməsi mənfi hal deyil. Əksinə, bu, müsbət məqamdır. Çünki Ankara rəsmi Bakını ən yüksək səviyyədə dəstəkləyir. Prezident Donald Tramp administrasiyasının da Azərbaycan və Türkiyəyə münasibəti, ümumilikdə, müsbət olub. Biz bunu Trampın birinci prezidentlik dövründə də müşahidə etmişdik”.


Zeynal Əmrəliyev

Politoloq əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Bayden administrasiyasının dövründə isə Bakı və Ankara ilə münasibətlərdə soyuqluq yaranmışdı:

“Bayden dönəmində aparılan mənfi siyasət səbəbindən ABŞ-ın xüsusən də postmüharibə dövründə Cənubi Qafqazda mövqeləri zəiflədi. Trampın yenidən hakimiyyətə dönüşü ilə münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur. Bu isə olduqca önəmli məqamdır”.

Zeynal Əmrəliyev vurğulayıb ki, Azərbaycanın geostrateji mövqeyi, enerji təhlükəsizliyindəki rolu və iqtisadi əməkdaşlıq sahələri ABŞ-Türkiyə koordinasiyasında əsas müzakirə mövzularından biridir:

“Azərbaycan hazırda Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusən Ukrayna müharibəsindən sonra regionda enerji sahəsində ciddi boşluqlar yarandı. Bu baxımdan, Azərbaycanın rolu daha da ön plana çıxdı və Vaşinqtonun diqqətini cəlb etdi.  Beləliklə Ağ Ev Bakıya yönəlik siyasətini Ankara ilə uzlaşdıraraq aparmağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri