Icma.az
close
up
RU
Trampın Azərbaycana səfir seçdiyi Aleksandr Alden kimdir?

Trampın Azərbaycana səfir seçdiyi Aleksandr Alden kimdir?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Aldenin namizədliyini irəli sürüb.

Modern.az xəbər verir ki, Aleksandr Alden hazırda GeoStrategy Initiative-də qeyri-rezident baş elmi işçi kimi fəaliyyət göstərir və eyni zamanda Palantir Technologies şirkətində baş müşavir vəzifəsində çalışaraq müttəfiq hökumətlər və özəl sektor tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Alden daha əvvəl ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb. O, Dövlət Departamentində münaqişə və sabitləşdirmə əməliyyatları üzrə müvəqqəti köməkçi katib kimi 2020-ci il ABŞ-nin Münaqişələrin Qarşısının Alınması və Sabitliyin Təşviqi Strategiyasına rəhbərlik edib.

Avropa məsələləri üzrə dövlət katibinin müavini vəzifəsində çalışdığı dövrdə ABŞ-Avropa İttifaqı münasibətlərinin gücləndirilməsi və Çinin regiondakı təsirinə qarşı əməkdaşlıq mexanizmlərinin qurulması istiqamətində fəaliyyət göstərib. Məhz onun dövründə 2020-ci ildə ABŞ-Aİ Çin Dialoqu yaradılıb.

Milli Təhlükəsizlik Şurasında yüksələn texnologiyalar üzrə baş direktor və müdafiə siyasəti direktoru kimi çalışan Alden kritik və yeni texnologiyalar üzrə idarələrarası komitənin yaradılmasına rəhbərlik edib. O, həmçinin ABŞ müdafiə strategiyası, nüvə siyasəti və raketdən müdafiə sənədlərinin hazırlanmasında iştirak edib.

Dövlət sektorundan kənarda isə Aleksandr Alden təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində müxtəlif analitik və rəhbər vəzifələrdə çalışıb. O, American Affairs nəşrində milli təhlükəsizlik redaktoru, Claremont İnstitutunda Linkoln təqaüdçüsü, eləcə də bir sıra strateji araşdırma və konsaltinq qurumlarında rəhbər vəzifələr tutub.

Aleksandr Alden ABŞ-nin Johns Hopkins Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb, burada doktorantura tədqiqatları aparıb və beynəlxalq münasibətlər üzrə dərslər keçib. Bakalavr təhsilini isə Southern Illinois Universitetində siyasi elmlər və fəlsəfə ixtisasları üzrə tamamlayıb.

Qeyd edək ki, Aleksandr Aldenin namizədliyinin təsdiqlənməsi üçün ABŞ Senatının razılığı tələb olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri