Icma.az
close
up
RU
Trampın bu addımı imkan verdi ki, Putin arxayınlaşsın AÇIQLAMA

Trampın bu addımı imkan verdi ki, Putin arxayınlaşsın AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“NATO və Qərb ölkələri ilə qarşıdurmanı alovlandıran Rusiya tərəfidir. Öncə Polşa və Rumıniya, sonra isə qırıcı təyyarələrlə Estoniyanın hava məkanına təcavüz olundu. Və bu təyyarələr sadəcə gəzmək üçün gəlməmişdi, silah daşıyırdılar. Bu, BMT Nizamnaməsinin kobud şəkildə pozulması idi və bu, əsas verirdi ki, NATO həmin təyyarələri zərərsizləşdirsin. Təəssüf ki, NATO-dan belə bir qətiyyətli addımı görmədik”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Rusiyadan buraxılan dronların qarşısını almaq üçün müasir avadanlıqların istehsalı və quraşdırılması, paralel olaraq Polşa ilə sərhədin möhkəmləndirilməsi və Baltikyanı ölkələrin müdafiəsi məsələləri ciddi müzakirə olunur:
“Bəzi NATO ölkələri və Britaniya bu təcavüzlərin davam edəcəyi təqdirdə, dron və qırıcıların vurulacağını bəyan ediblər. Qarşıdurma ortadadır və bu, dolayısıyla üçüncü dünya müharibəsinin Rusiya tərəfindən həyata keçirilən hibrid formasıdır.Ola bilsin ki, 2025-2026-cı illərdə NATO və Rusiya arasında qarşıdurma olmasın, amma perspektivdə belə bir qarşıdurmanın olduğu açıq şəkildə hiss olunur. Rusiya və NATO buna hazırlaşır”.

Politoloq əlavə edib ki, Qərbin parçalanması, NATO-dakı fikir ayrılıqları, ABŞ prezidentinin Rusiya ilə bağlı fiaskoya uğrayan siyasəti Putinə önə doğru daha bir addım atmaq imkanı verir:
“Rusiyanın davranışları bundan qaynaqlanır. Çünki müəyyən bir əminlik var ki, hələlik kimsə onun qarşısına çıxmayacaq. ABŞ administrasiyasında bu məsələyə hələ də birmənalı yanaşma yoxdur. Bu məsələdə bilavasitə günahkar çevik hərəkət edə bilməyən NATO rəhbərliyi və Trampdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri