Trampın bu planı fiaskoya uğradı: ABŞ çətin vəziyyətə düşüb KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq planı uğursuzluğa yaxındır və bu, gələcəkdə İsrail-HƏMAS arasında anklavın de-fakto bölünməsinə gətirib çıxara bilər.
KONKRET.az xəbər verir ki, bu barədə altı Avropa rəsmisi də daxil olmaqla on səkkiz mənbə Reuters agentliyinə bildirib.
Onlar sülh planının növbəti mərhələsinin faktiki olaraq dayandırıldığını açıqlayıblar.
İsrail ordusu hazırda Qəzza zolağının 53%-nə nəzarət edir. Anklavın 2 milyon sakininin demək olar ki, hamısı HƏMAS-ın nəzarəti altında olan qalan hissədə yerləşdirilib.
Donald Trampın planı İsrailin növbəti mərhələdə tədricən “Sarı Xətt”dən çəkilməsini, ordunun isə “çoxmillətli təhlükəsizlik qüvvələri” ilə əvəz olunmasını nəzərdə tutur. Lakin bu müddəaların heç bir müddət çərçivəsi və ya icra mexanizmi yoxdur.
Reuters mənbələri bildirir ki, ABŞ çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün ciddi səylər göstərməsə, hazırda Qəzza zolağını bölən “Sarı Xətt” qeyri-müəyyən müddətə de-fakto sərhəd olacaq.
Adı açıqlanmayan diplomatlar Reuters agentliyinə bildiriblər ki, bu şəraitdə hökumətlər Qəzza zolağına qoşun göndərməkdə tərəddüd edirlər. Xüsusilə, Avropa və ərəb dövlətlərinin hərbi kontingentin funksiyaları “sülhməramlılıq”dan kənara çıxarsa və ya Fələstin qrupları ilə birbaşa qarşıdurma təhlükəsi yaranarsa, iştirak etməsi ehtimalı azdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 Noyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















