İtaliya Ukraynaya görə çətin vəziyyətə düşüb: “Bu silahlar çatışmır” KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliya silahlı qüvvələri silahların Ukraynaya ötürülməsindən sonra hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığı ilə üzləşib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, bu, xüsusən də ABŞ-ın təkidi ilə Ukraynaya verilmiş Amerikanın “Stinger” zenit-raket komplekslərinə aiddir.
İtaliya Amerika istehsalçısına 800 milyon avroluq sifariş verərək ehtiyatlarını artırmağa çalışb. Lakin Bayden administrasiyası bu silahın “digər müttəfiqlər” tərəfindən daha çox sifariş verilməsini əsas gətirərək satışa veto qoyub.
Nəşr bildirir ki, İtaliyanın hərbi sənayesi qısamənzilli hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün öz proqramını işə salıb. Son üç il ərzində İtaliya doqquz paket altında Kiyevə silah ötürüb. Onların siyahısı təsnif edilir.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















