Icma.az
close
up
RU
Trampın çağırışı neftin qiymətini artırdı: Məsələ nədən ibarətdir?

Trampın çağırışı neftin qiymətini artırdı: Məsələ nədən ibarətdir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

17 iyun, çərşənbə axşamı günü neftin qiymətləri artıb. Bu artımın səbəbi İsraillə İran arasında gərginliyin artması və bu fonda Yaxın Şərqdə — dünya üzrə əsas neft istehsalı bölgəsində — təchizatın pozula biləcəyi qorxularıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Brent markalı neftin fyuçersləri 34 sent bahalaşaraq bir barel üçün 73,57 dollar olub. WTI markalı Amerika nefti isə 29 sent artaraq 72,06 dollara çatıb.

Bir gün əvvəl, 16 iyun bazar ertəsi neftin qiymətləri 1%-dən çox ucuzlaşmışdı. Buna səbəb media məlumatlarına əsasən İranın hərbi toqquşmaları dayandırmaq istəməsi barədə yayılan xəbərlər idi. Lakin vəziyyət Trampın sosial şəbəkədəki paylaşımından sonra dəyişib. O, paylaşımında "hamını” İranın paytaxtından təxliyə olunmağa çağırıb, bu da investorlar arasında yeni narahatlıqlara yol açıb.

"Phillip Nova” şirkətinin baş analitiki Priyanka Saçdeva qeyd edir:

"İranla İsrail arasında münaqişə hələ də aktualdır və investor əhval-ruhiyyəsinə hərbi risklər təsir göstərir”.

O əlavə edir ki, bazar eyni zamanda ABŞ Federal Ehtiyat Sisteminin Açıq Bazarlar üzrə Komitəsinin uçot dərəcəsi ilə bağlı qərarını gözləyir. Lakin əsas diqqət hələ də İran-İsrail hərbi gərginliyi ətrafındakı qeyri-müəyyənlikdə cəmlənib.

"The Times” xatırladır ki, İran OPEC üzvləri arasında üçüncü ən böyük neft istehsalçısıdır. Döyüşlərin genişlənməsi neft ixracatına təhlükə yarada bilər ki, bu da "qara qızıl”ın qiymətinin qalxmasına səbəb olacaq.

Amerika mediası 16 iyun axşamı xəbər verib ki, Tramp İranla nüvə razılaşması üzrə danışıqları bərpa etməyi təklif edir. Eyni zamanda, Omanın körfəzində baş vermiş gəmiçilik insidenti barədə xəbərlər bu regionda neft və yanacaq daşıyan şirkətlər üçün risklərin artdığını göstərir.

Neft qiymətləri ilə bağlı son xəbərlər bunlardır:

•16 iyunda neftin qiyməti öncə İran-İsrail münaqişəsinin genişlənə biləcəyi və təchizatın pozulacağı qorxusu ilə artmışdı.

•ABŞ prezidenti Donald Tramp atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib, lakin əlavə edib: "Bəzən ölkələr əvvəlcə müharibə etməlidir”.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri