Icma.az
close
up
RU
Trampın sülh çağırışı və Bakı Vaşinqton dialoqu

Trampın sülh çağırışı və Bakı Vaşinqton dialoqu

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp məyus olub. Bunu Ağ Evin sözçüsü Kerolayn Livitt deyib. Bu məyusluq həm Rusiya prezidenti Vladimir Putindən, həm də Ukrayna prezidenti Volodimir Zelenskidən qaynaqlanır.

Əsaslı məyusluqdur. Amma, məncə, prezident Donald Trampın da, dünyada hər kəsin də ən çox məyus olduğu təkcə Rusiya ilə Ukrayna arasında sülh bir yana qalsın, atəşkəsin əldə oluna bilməməsi deyil, ən ağır məyusluq bu müharibənin 2022-ci ildə başlamasıdır. Deməli, dünya, eləcə də, Amerika cəmiyyəti ABŞ-ın 46-cı prezidenti Co Baydendən, Demokratların keçmiş hakimiyyətlərindən də məyusdur. Ən azı Putindən və Zelenskidən məyus olduqları qədər.

İndi Amerikada və başqa yerlərdə bəzən prezident Donald Trampı tənqid edənlər deyirlər ki, o, öz seçkiqabağı kampaniyası dövründə Rusiya ilə Ukrayna arasında müharibəni 24 saata dayandıracağını demişdi, amma nail ola bilmədi.

Çox qəribədir ki, bu qanlı, faciələrlə dolu avantüranı - müharibəni başladanlar qalıb bir kənarda, müharibəni dayandırmaq istəyən Tramp administrasiyası tənqid olunur. Burda məntiq yoxdur.

Donald Tramp: "Mən səlahiyyətlərimə başladıqdan sonra 24 saat ərzində müharibəni dayandıracam" deyərkən, qarşıdurma tərəflərinin barışıq istəyinə və iradəsinə apelyasiya edirdi. Yəni prezident Tramp Rusiya və Ukrayna liderlərinin istəyi və iradəsi olarsa, bu məsələnin 24 saat ərzində həll oluna biləcəyini demişdi. Burada ziddiyyət yoxdur.

Rusiya və Ukrayna arasında sülh ABŞ-dan çox ilk növbədə bu iki dövlətə və bu ölkələrin xalqlarına, bütövlükdə isənAvropaya və dünyaya lazımdır. Ona görə bu gün bu bölgədə, eləcə də dünyanın başqa məntəqələrində müharibələri bitirmək, sülh və faydalı tərəfdaşlıq mühiti yaratmaq istəyənləri deyil, bu savaşları başladanları və bu savaşlardan bəslənənləri tənqid etmək daha doğrudur.

Məşhur Amerika yazıçısı Ernest Heminquey deyirdi: "Müharibə o zaman dayanır ki, ya tərəflərdən biri məğlub olsun, ya da müharibədən qazananlar doymuş olsun".

"Müharibədən qazananlar" deyəndə yazıçı təkcə maddi qazancı nəzərdə tutmurdu. Bura siyasi və sair qazanclar da aiddir. Ancaq Rusiya-Ukrayna müharibəsində tərəflərdən heç biri hələ ki məğlub olmayıb. Siyasətçilər, generallar və sair bundan qazansalar da, ölkələr və xalqlar əksinə çox şey itirib.

Prezident Trampın sülh təşəbbüsünün də əsas çağırışı budur: nə qədər ki hər şey itirilməyib, müharibəni dayandırıb, dinc quruculuq mərhələsinə keçmək lazımdır.

Amma prezident Tramp onu da demişdi ki, əgər Rusiya bu çağırışa adekvat cavab verməsə, ona qarşı daha ağır sanksiyalar qoyulacaq. Rusiya müharibəni dayandırmaq barədə razılığa gəlməsə, eyni zamanda Ukraynaya dəstəyin artırılacağına dair xəbərdarlıq da edilib. Artıq ABŞ Konqresində Rusiyaya qarşı daha ağır sanksiyalar paketi müzakirə olunur. Bu, müharibənin davam etdirilməsinə dəstək vermək deyil, sülhə məcbur etmək məqsədi daşıyır.

Bir sözlə, prezident Tramp Dünyanı Baydenin qoyub getdiyi ağır irsdən və Putinin aqressiv siyasətindən xilas etməyə çalışır. ABŞ prezidentinin elə, sadəcə, müharibəni dayandırmağa çağırması çox böyük bir işdir. Hələ müharibəni dayandırmağa çalışmasını hələ demirəm.

Bu məsələdə Azərbaycanla ABŞ arasında fikir ayrılığı yoxdur. Azərbaycan da ABŞ kimi Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eyni zamanda Azərbaycan da ABŞ kimi Rusiya-Ukrayna müharibəsinin tezliklə dayanmasını istəyir. Hətta bunun üçün öz köməyini də təklif etmişdi. Heç şübhəsizdir ki, Almaniya Federativ Respublikasının prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycana səfərində bu məsələ də mərkəzi yerlərdən birini tutur. Eyni zamanda Azərbaycan-Almaniya dialoqunda, o cümlədən, iki prezidentin bugünkü görüşündə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi də müzakirə olunub. Ermənistanın üzdə sülhsevər, arxada revanşist tövrü üzündən bu sülh hələ alınmır.

Yeri gəlmişkən, ABŞ da bu sülh perspektivinə dəstək dəstəyini ifadə edib. Ancaq, görünür, hələ məsələnin detallarına qədər öyrənib, bu prosesə daha aktiv təsir etməyə obyektiv olaraq imkan çatmayıb. Ukrayna məsələsi ilə, Avropa ilə, Çinlə, Rusiya ilə, İranla bağlı, eləcə də, Yaxın Şərq və Ağdəniz hövzəsindəki vəziyyətlə bağlı mövzular var. Tək elə Ukraynada müharibənin dayanması ABŞ başda olmaqla əksər ölkələrin, xüsusilə də Avropanın qayğılarını azaldacaq və ya aradan qaldıracaq. Dövlətlər arasında münasibətlərdə dinc, iqtisadi tərəfdaşlığa aksent daha üstün olaraq irəliləyəcək. Bu da Azərbaycanla ABŞ arasında mövqelərin eyni olduğu nöqtələrdən biridir.

Cənubi Qafqazın gündəliyinə dönsək, görərik: hələ ki Ermənistan ABŞ-ın diqqətinin Rusiya-Ukrayna müharibəsinə, eləcə də, başqa qlobal problemlərə yönəlməsindən istifadə edib, həm Rusiyanı ABŞ-ın və Avropanın sanksiyalarından yayındırır, həm də Cənubi Qafqazda sülh perspektivini bacardıqca "baltalayır". Başqa sözlə, rəsmi İrəvan "dərə xəlvət, tülkü bəy" prinsipi ilə hərəkət edir.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Co Baydenin dövründə sıfıra düşmüş ABŞ-Azərbaycan münasibətlərini yenidən əvvəlki vəziyyətinə qaytarmaq və hətta daha yüksək səviyyəyə qaldırmaq mümkün ola bilər. Bu perspektiv isə prezident Trampın hakimiyyətə gəlməsi ilə formalaşıb və aktuallaşıb. Düşünürəm ki, Azərbaycan-ABŞ münasibətlərinin tam gücü ilə və bütün formatlarda Baydenəqədərki vəziyyəindən daha səviyyəyə çatması həm də Rusiya-Ukrayna müharibəsini dayandırmağa kömək edər. Bu baxımdan, Azərbaycanın ABŞ- İsrail sazişinə qoşulması üçün Bakı və Vaşinqton qədər rəsmi Təl-Əvivin səyləri çox dəyərlidir. ABŞ-ın və İsrailin Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyalarında Azərbaycanı istinadgah kimi seçmələri doğru və məntiqli bir haldır.

Bahəddin Həzi, bizimyol.ifo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri