Icma.az
close
up
RU
Trampın CİAə təklif etdiyi antiislamçı: 2017ci ildə Qarabağa niyə gəlib?

Trampın CİAə təklif etdiyi antiislamçı: 2017ci ildə Qarabağa niyə gəlib?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni prezidenti Donald Trampın hökumətdə vəzifə təyinatları üçün irəli sürdüyü namizədlər bütün dünyada müzakirələrə səbəb olub. Onlardan biri də Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbər vəzifəsi üçün təklif etdiyi Tulsi Qabbarddır. 

Qabbardın kimliyindən daha çox onun ABŞ-ın xarici siyasəti ilə bağlı mövqeyi, Co Bayden hökuməti ilə fikir ayrılıqları diqqət çəkir.

Globalinfo.az xəbər verir ki, 43 yaşlı Tulsi Qabbard ABŞ ordusunun ehtiyatda olan zabiti və siyasətçidir.

O, 2003-cü ildə ABŞ-ın Havay ştatının Ordusunun Milli Qvardiyasına qoşulub, 2004-2005-ci illərdə İraqda xidmət edib. Daha sonra Hərbi Akademiyada zabit hazırlığı proqramı üzrə fəxri məzun olub. 2015-ci ildə Havay Ordusunun Milli Qvardiyasının mayoru təyin edilib. 2001-ci ildə Havay Nümayəndələr palatasına seçilən ən gənc qadın kimi siyasətə qoşulub.

Tulsi 2020-ci ildə ABŞ ordusuna keçib və bir il sonra polkovnik-leytenant rübəsinə yüksəlib. O, 2020-ci ildə keçirilən prezident seçkilərində əvvəlcə namizədliyini irəli sürüb, sonra geri çəkilərək Co Baydeni dəstəklədiyini açıqlayıb.

Maraqlıdır ki, Qabbard Bayden adminitrasiyasının dövründə hökumətin fəaliyyətinə zidd bir sıra açıqlamalar verib. O, Ağ Evin Ukraynadakı müharibəsidə demokratiya və xalqın taleyi ilə deyil, Rusiyada rejim dəyişikliyi ilə maraqlandığını bildirib. Onun sözlərinə görə, dünyanı nüvə müharibəsi həddinə çatdıran, ən böyük nüvə potensialına malik olan ölkə Rusiya ilə münasibətləri gərginləşdirən məhz Baydenin siyasətidir. Tulsi Ağ Ev hökumətinin ABŞ-da bioloji laboratoriyaların olduğu haqda məlumatları yalanlamasını kəskin şəkildə tənqid edib.

Qabbard Ukraynanın rusiyayönümlü siyasətçilərin yer aldığı “qara siyahı”sındadır. Onun ABŞ-dakı Amerika Erməni Komitəsi (ANCA) ilə sıx əlaqələri var. Erməni lobbisi ilə kifayət qədər yaxınlığı ilə tanınır. Hətta 2017-ci ildə ANCA-nın təşkil etdiyi konfrans çərçivəsində Ermənistana və o zaman işğalda olan Qarabağa səfər edib. Maraqlıdır ki, onun doğulub böyüdüyü Havay ştatı 2016-cı ildə qondarma rejimi tanıyıb.

Tulsi Qabbardın atası hinduizm dini qəbul edib və övladlarına bu inanca uyğun adlar qoyub. Qabbar özü də atasının dininə sitayiş edir. O, Barak Obamanın prezidentliyi dövründə İslam əleyhinə bir sıra çıxışları və terorizm ittihamları ilə də tanınır.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri