Icma.az
close
up
RU
Trampın vəzifə verdiyi təhlükəli qadın: 2017ci ildə Qarabağa niyə gəlib?

Trampın vəzifə verdiyi təhlükəli qadın: 2017ci ildə Qarabağa niyə gəlib?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın yeni prezidenti Donald Trampın hökumətdə vəzifə təyinatları üçün irəli sürdüyü namizədlər bütün dünyada müzakirələrə səbəb olub. Onlardan biri də Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbər vəzifəsi üçün təklif etdiyi Tulsi Qabbarddır. 

Qabbardın kimliyindən daha çox onun ABŞ-ın xarici siyasəti ilə bağlı mövqeyi, Co Bayden hökuməti ilə fikir ayrılıqları diqqət çəkir.

Globalinfo.az xəbər verir ki, 43 yaşlı Tulsi Qabbard ABŞ ordusunun ehtiyatda olan zabiti və siyasətçidir.

O, 2003-cü ildə ABŞ-ın Havay ştatının Ordusunun Milli Qvardiyasına qoşulub, 2004-2005-ci illərdə İraqda xidmət edib. Daha sonra Hərbi Akademiyada zabit hazırlığı proqramı üzrə fəxri məzun olub. 2015-ci ildə Havay Ordusunun Milli Qvardiyasının mayoru təyin edilib. 2001-ci ildə Havay Nümayəndələr palatasına seçilən ən gənc qadın kimi siyasətə qoşulub.

Tulsi 2020-ci ildə ABŞ ordusuna keçib və bir il sonra polkovnik-leytenant rübəsinə yüksəlib. O, 2020-ci ildə keçirilən prezident seçkilərində əvvəlcə namizədliyini irəli sürüb, sonra geri çəkilərək Co Baydeni dəstəklədiyini açıqlayıb.

Maraqlıdır ki, Qabbard Bayden adminitrasiyasının dövründə hökumətin fəaliyyətinə zidd bir sıra açıqlamalar verib. O, Ağ Evin Ukraynadakı müharibəsidə demokratiya və xalqın taleyi ilə deyil, Rusiyada rejim dəyişikliyi ilə maraqlandığını bildirib. Onun sözlərinə görə, dünyanı nüvə müharibəsi həddinə çatdıran, ən böyük nüvə potensialına malik olan ölkə Rusiya ilə münasibətləri gərginləşdirən məhz Baydenin siyasətidir. Tulsi Ağ Ev hökumətinin ABŞ-da bioloji laboratoriyaların olduğu haqda məlumatları yalanlamasını kəskin şəkildə tənqid edib.

Qabbard Ukraynanın rusiyayönümlü siyasətçilər siyahısındadır. Onun ABŞ-dakı Amerika Erməni Komitəsi (ANCA) ilə sıx əlaqələri var. Erməni lobbisi ilə yaxındır. Hətta 2017-ci ildə ANCA-nın təşkil etdiyi konfrans çərçivəsində Ermənistana və o zaman işğalda olan Qarabağa səfər edib. Maraqlıdır ki, onun doğulub böyüdüyü Havay ştatı 2016-cı ildə qondarma rejimi tanıyıb.

Tulsi Qabbardın atası hinduizm dini qəbul edib və övladlarına bu inanca uyğun adlar qoyub. Qabbar özü də atasının dininə sitayiş edir. O, Barak Obamanın prezidentliyi dövründə İslam əleyhinə bir sıra çıxışları və terorizm ittihamları ilə də tanınır.

Ayşən Mustafa
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see215

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see145

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see134

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri