Icma.az
close
up
RU
Trampın dəhşətli çiplər proqramını ləğv etmə çağırışı ABŞ da panika yaratdı

Trampın dəhşətli çiplər proqramını ləğv etmə çağırışı ABŞ da panika yaratdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Martın 4-də Konqresdə çıxışı zamanı Donald Tramp gözlənilmədən 2022-ci ildə ABŞ-da yarımkeçirici istehsalını bərpa etmək üçün qəbul edilən CHIPS Act qanununu tənqid edib. İki partiyanın dəstəyi və milyardlarla investisiyaya baxmayaraq, o, proqramı "dəhşətli” adlandıraraq, Nümayəndələr Palatasının spikeri Mayk Consonu onu ləğv etməyə çağırıb.  

Qaynarinfo xəbər verir ki, CHIPS proqramı ABŞ-da zavodların tikintisi üçün 50 milyard dolların ayrılmasını nəzərdə tuturdu.

Bu qanunun qəbulundan sonra Intel, Samsung və TSMC kimi şirkətlər Arizona, Nyu York və Ohayoda istehsal müəssisələri tikməyə başlayıb. Ticarət Nazirliyi prosesi nəzarətdə saxlayır və subsidiyaların bölüşdürülməsinə cavabdehdir.  

Lakin Trampın tənqidindən sonra administrasiyanın artıq imzalanmış müqavilələri yenidən nəzərdən keçirə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Bəzi şirkətlər riskləri qiymətləndirmək üçün hüquqşünaslara müraciət edib, - NYT yazır. Respublikaçı senator Todd Yanq, əvvəllər CHIPS proqramını dəstəkləyən siyasətçilərdən biri kimi, Ağ Evdən izahat tələb edib, çünki indiyə qədər administrasiya bu proqramın tərəfdarı olub.  

Eyni zamanda, Tramp administrasiyası artıq proqramı ixtisar etməyə başlayıb. Fevralda Ticarət Nazirliyi CHIPS Office-də 40 nəfəri işdən çıxarıb. Namizədlərlə müsahibə aparan vəzifəli şəxs Maykl Qrayms, müraciət edənlərdən IQ və ya SAT testlərinin nəticələrini təqdim etməyi və riyazi məsələləri həll etməyi tələb edib.  

Tramp subsidiyaları xaricdə çip istehsalını bahalaşdıracaq gömrük rüsumları ilə əvəz etməyi təklif edib. Onun sözlərinə görə, bu siyasət artıq TSMC-ni ABŞ-dakı investisiyalarını 100 milyard dollar artırmağa məcbur edib. Lakin ekspertlər bildirirlər ki, şirkət bu genişlənməni gömrük tarifləri təhdidindən əvvəl də planlaşdırırdı.  

Hüquqşünaslar qeyd edirlər ki, rüsumlar çip idxalına ciddi təsir etməyə bilər, çünki çiplərin əksəriyyəti birbaşa ABŞ-a gətirilmədən Asiyada cihazlara quraşdırılır.  

Bütün bu qeyri-müəyyənliyə baxmayaraq, çoxlu şirkət hökumətlə müqavilələrinin qüvvədə qalacağına əmindir. Bununla belə, CHIPS Act-in gələcəyi sual altındadır və sənaye bu proqramı qorumaq üçün mübarizəyə hazırlaşır.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri