“Trampın dəstəyi Netanyahuya seçkilərdə üstünlük qazandıra bilər”
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“İsraildə hər kəs başa düşür ki, ABŞ ölkənin təhlükəsizliyinin əsas təminatçısıdır. Bu baxımdan, Donald Trampın Benyamin Netanyahuya dəstək verməsi, düşünürəm ki, onun xeyrinədir. Hazırda İsrail vətəndaşlarını ən çox düşündürən məsələ təhlükəsizlikdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibəsində deyib:
“Bu baxımdan, Trampın dəstəyi Netanyahu üçün çox ciddi əhəmiyyət daşıyır. Oktyabrın 27-də İsraildə seçkilər keçiriləcək. Eyni zamanda, ölkə faktiki olaraq İranla müharibə vəziyyətindədir.
Bundan başqa, İsraillə qonşu müsəlman dövlətləri arasında da müəyyən gərginlik yaşanır. Belə bir şəraitdə Netanyahu verdiyi açıqlamalarla İsrail vətəndaşlarına təhlükəsizlik sahəsində ciddi problemlərin və təhdidlərin mövcudluğunu çatdırır. Bununla da özünü güclü lider kimi təqdim etməyə çalışır. O, İsrailin məhz onun rəhbərliyi altında bu problemlərin öhdəsindən gələ biləcəyini göstərmək istəyir.
Netanyahu, həmçinin, ABŞ ilə müəyyən fikir ayrılıqlarının olduğunu vurğulayaraq özünü az qala Vaşinqtonla bərabərhüquqlu tərəf kimi təqdim etməyə çalışır. Halbuki, reallıqda İsrailin qəbul etdiyi qərarlarda ABŞ-nin mövqeyi mühüm rol oynayır və Vaşinqtonun dəstəyi İsrailin atacağı addımlar baxımından böyük əhəmiyyət daşıyır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Oktyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















