Icma.az
close
up
RU
“Trampın dövlət üçün təhlükəli olduğunu ABŞ nin xüsusi xidmət orqanları da anlayıblar...“

“Trampın dövlət üçün təhlükəli olduğunu ABŞ nin xüsusi xidmət orqanları da anlayıblar...“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Trampın Amerika xüsusi xidmət orqanlarına aqressiv münasibəti də suallar doğurur...”

“Lakin həmin suallar ətrafında mülahizələrdən uzağa getmək mümkün deyil. Ona görə ki, dediyim kimi, ortada bir fakt yoxdur, sübut yoxdur və “kimsə dedi” sübut deyil...”

“Ərəstun bəy, Trampın ikinci dönəm prezidentliyə başlamasından bir ay keçdi... Siz siyasi fəaliyyətdə də yetərincə təcrübəsi olan  ekspert, analitik və keçmiş təhlükəsizlik zabiti kimi hansı nəticəyə gəlirsiz: Donald Tramp kimdir? O, sadəcə, sizin də açıqlamalarınızda dediyiniz kimi, analitik düşüncəsi dərin olmayan əksər amerikalıların gerçəkdən səs verib seçdiyi və siyasəti şoumenlik və biznesmenliklə qarışdırmış anormal bir əqidəyə malik, həm də yetərincə təkəbbürlü, narsisist, avtoritarizmə kifayət qədər meyilli bir məxluqdur, yoxsa Putinin tələbə yoldaşı olan və guya artıq onun siyasətini bəyənməyən keçmiş “KQB” əməkdaşı Yuri Şvetsin, bu günlərdə isə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri, keçmiş SSRİ “KQB”-nin 6-cı idarəsinin  əməkdaşı olmuş Alnur Musayevin iddia etdikləri kimi, doğrudan da 1987-ci(bəzi iddialara görə hətta 70-ci illərdə) ildən Moskvaya gələndən ələ alınmış “Krasnov” ləqəbli “KQB” agenti və bu məntiqlə Putinin agentidir? İkinci halda belə çıxır ki, dünyanın ən güclü kəşfiyyat xidmətləri olan MKİ, “Mi-6” və s. ən azı, 9 il fil qulağında yatıb, ya da hansısa səbəblərdən Trampın Amerikanın başına gəlməsinə göz yumublar...”

Bu suallar və fikirlərlə söhbətə başladığımız siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu Moderator.az-a növbəti açıqlamasında bunları söylədi: 

“Donald Trampın Amerikanın bütün siyasi münasibətlər sistemini, siyasətdə qəbul olunmuş qaydaları, etik normaları, siyasi əxlaq normalarını pozaraq, əvvəla, ikinci dəfə prezidentliyə namizədliyini verməsi və çox israrla hakimiyyətə gəlməsi- mən şəxsən belə hesab edirəm ki, bu yalnız Amerika dövləti üçün deyil, bütövlükdə dünya üçün çox ciddi çağırışlar deməkdir. Bəli, bu gün Tramp haqqında müxtəlif fikirlər gəzir. Qeyd etdiyiniz şəxslər də eyhamlar vurur. Düzdü, Şvets bu haqda açıq danışmır, amma Qazaxıstanın keçmiş təhlükəsizlik naziri Alnur Musayev açıq dedi ki, Tramp 1987-ci ildən SSRİ DTK tərəfindən əməkdaşlığa cəlb edilib.  Və s. Yəni bu iddiaları da deyildiyi kimi qəbul etmək, hesab edirəm ki, doğru deyil, çünki biz o iddiaların ortaya atılmasının səbəbini bilmirik. Və əlimizdə heç bir sübut yoxdur. Amma müəyyən məsələlər var ki, əlbəttə, o müşahidələr əsasında demək olar ki,  Trampın Amerika dövləti üçün təhlükəli olduğunu ABŞ-nin xüsusi xidmət orqanları da zamanında anlayıblar. Bunun üçün hansı əsasları olduğunu deyə bilmərəm. Çünki Trampın Rusiya ilə əlaqələri haqda hələ birinci prezidentliyi dönəmində çoxsaylı araşdırmalar da olub. Bu haqda müxtəlif məlumatlar da meydana çıxıb. Və Trampın özünün elə həmin vaxtlarda ABŞ-nin xüsusi xidmət orqanlarına aqressiv münasibəti də suallar doğurur. Niyə Amerika dövlətinin prezidenti seçilmiş şəxs həmin dövlətin xüsusi xidmət orqanlarına, xüsusilə də Federal Tədqiqatlar Bürosuna istər o zaman, istərsə də indi belə aqressiv yanaşmalıdır? Bunlar hamısı, əlbəttə, çox ciddi və əsaslı suallardır. Lakin həmin suallar ətrafında mülahizələrdən uzağa getmək mümkün deyil. Ona görə ki, dediyim kimi, ortada bir fakt yoxdur, sübut yoxdur və “kimsə dedi” sübut deyil..." 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri