Icma.az
close
up
RU
Trampın planı təhlükəli ssenari yaradır: Xarkda ABŞ üçün çətin sınaq

Trampın planı təhlükəli ssenari yaradır: Xarkda ABŞ üçün çətin sınaq

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalılar Xark adasına hərbi qüvvə çıxarma əməliyyatı riskini gözə ala bilərlər, lakin onu böyük itkilər olmadan əldə saxlamaq mümkün olmayacaq.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata hərbi müxbir Aleksandr Xarçenko bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə ABŞ belə bir addım atmağı nəzərdən keçirə bilər: “Düşünürəm ki, amerikalılar Xark adasına çıxarma etməyə risk edə bilərlər. Çünki onlar qüvvə və vasitələrini cəmləşdirirlər, hərbçilər belə bir ssenarini işləyir və təbii ki, siyasi qərar gözləyirlər. Hərbi baxımdan Xark adasına çıxarma tam mümkündür, yəni ciddi çətinliklər yoxdur. Amma əsas sual bundan sonra nə edəcəkləridir”, - deyə o qeyd edib.

Xarçenko vurğulayıb ki, adanı əldə saxlamaq asan olmayacaq, çünki o, İran sahillərinə təxminən 40 kilometr məsafədə yerləşir.

O əlavə edib ki, İran belə bir zərbə ilə barışmayacaq və pilotsuz uçuş aparatları, eləcə də ballistik raketlərlə aktiv şəkildə zərbələr vuracaq: “Ada kifayət qədər kiçikdir, buna görə amerikalılar orada özlərini təhlükəsiz hiss edə bilməyəcəklər. Nəticədə, şübhəsiz ki, itkilər verəcəklər”, - deyə o bildirib.

2026-cı ilin mart ayında adadakı hərbi obyektlər bombardmana məruz qalıb. ABŞ məlumatlarına görə, təxminən 90 hərbi hədəf vurulub, lakin adanın neft infrastrukturu zərər görməyib. Martın 20-də məlum olub ki, ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazını açmağa və danışıqlara məcbur etmək məqsədilə adanı işğal etmək imkanını nəzərdən keçirir. Tramp bildirib ki, “istəsə, adanı istənilən vaxt ələ keçirə bilər”.

Tehran isə xəbərdarlıq edib ki, Xark adasına hücum ediləcəyi təqdirdə genişmiqyaslı raket və hava zərbələri ilə cavab verəcək və ABŞ-ın bütün neft-qaz obyektlərini “külə çevirəcək”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri