Icma.az
close
up
RU
Trampın “dovşan ovu”, Zelenskinin üzrü, Avropanın məğlubiyyəti

Trampın “dovşan ovu”, Zelenskinin üzrü, Avropanın məğlubiyyəti

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zelenski Ağ Evin şərtlərini qəbul edərək Ukraynada davamlı sülhün əldə edilməsi və iki ölkə arasında nadir metalların işlənməsinə dair sənədi imzalamaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edib. Ukraynada müharibənin rəsmi Kiyevin maraqlarına uyğun olmadan belə bitməsi, Ağ Evin iştirakı olmadan qeyri-mümkün idi. Çünki Rusiya-Ukrayna müharibəsi Qərblə-Rusiya arasında geosiyasi savaş meydanı olsa da, daha çox ABŞ-Rusiya mübarizə meydanı hesab olunur.  Moskva da yaxşı anlayırdı ki, ABŞ-nin ciddi dəstəyi olmadan Avropa Ukraynada Rusiyaya qarşı uzunmüddətli müharibə aparmaq gücünə malik deyil. Ona görə də Moskva çoxtərəfli formatda, yəni Avropa və Ukraynanın iştirakı olmadan ABŞ-lə danışıqlarda maraqlıdır. Bu məsələdə Donlad Tramp administrasiyasının, Moskvanın marağı üst-üstə düşdüyündən Avropa və Ukrayna oyundankənar vəziyyətdə qaldı.

Avropa və rəsmi Kiyevin bu istiqamətdəki Ağ Evə olan təzyiqləri uğursuz oldu. İstər Fransa prezidenti Emmanuel Makronun, istər Böyük Britaniyanın baş naziri Kir Starmerin, istərsə də Volodimir Zelenskinin fevralın 28-də Ağ Evdə qalmaqalla nəticələnən səfəri, istərsə də Londonda Avropa liderlərinin sammiti Tramp administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı mövqeyindəki dəyişikliyə təsir etmədi. Əksinə, Ağ Evə mövqeyinin dəyişdirilməsi ilə bağlı edilən təzyiqlər əks effekt verdi. Belə ki, Ağ Ev əks-hücuma keçərək Ukraynaya hərbi yardımı dayandıracağını bəyan etməklə həm Kiyevi, həm də Avropanı hədələdi. Çünki Avropa ölkələri Ukraynaya nə qədər hərbi və maliyyə dəstəyi versə də, əsas müasir silahları ABŞ verir. Avropa və Kiyev ehtiyat edir ki, Ağ Ev geri çəkilərsə, o zaman Ukrayna qısa zamanda özü məcburi şəkildə Moskvanın şərtləri əsasında kapitulyasiya aktı imzalaya bilər. Bunun isə nəticələri Avropa üçün çox ağır olar. Onsuz da müharibə Ukraynanın xeyrinə bitməyəcək və bu bütün tərəflərə aydındır. ABŞ-nin vitse-prezidenti Cey-Di Vens də etiraf edərək deyib ki, Ukrayna üzrə sülh sazişi heç kimi xoşbəxt etməyəcək və hər bir tərəf güzəştə getməli olacaq. 

Ukraynanın təhlükəsizlik təminatlarından danışan Vens deyib ki, ən yaxşı variant Kiyevin Vaşinqtonla mineral ehtiyatlar və nadir metalların işlənməsi ilə bağlı sazişi imzalamaqla amerikalılara iqtisadi perspektiv yaratmasından keçir. “Bu, 30 və ya 40 il ərzində döyüşməyən bir ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təminatdır”, - Vens qeyd edib.

Hesab edirəm ki, belə bir sazişin imzalanması təkcə Ukrayan üçün deyil, eyni zamanda Avropanın da maraqlarına cavab verir. Yüz milyardlar dəyərində ölçülən bir iqtisadi saziş Ukraynanın həm gələcək  bərpası, inkişafı və təhlükəsizliyinə öz töhfəsini verəcək.

Bu baxımdan vitse-prezident Vens bildirib ki, bütün bu səbəblərə görə avropalılar Zelenskini münaqişəyə son qoymağın vacibliyinə inandırmalıdırlar. Bunu avropalı liderlər də anladığından Zelenskinin Ağ Evdəki hərəkətini dəstəkləsələr də, yenə də Trampla razılaşmaya getməyə təkid etdilər. Çünki başqa alternativ qalmırdı. Alternativ Ukraynanın məhvi və Avropanı gözləyən ciddi təhdidlər olacaqdı.

Uğursuz siyasət nəticəsində Avropa özünün acizliyini və zəifliyini ortaya qoymaqla, beynəlxalq aləmdəki imicinə də mənfi təsir etmiş oldu və təsir getdikcə daha çox özünü göstərəcək.

Tramp administrasiyasının bu məsələdə sərgilədiyi sərt mövqe “bir güllə ilə bir neçə dovşanı vurmaq” misalını xatırladır.

Birincisi, ABŞ-siz Avropanın gələcək perspektivi və təhlükəsizliyini qeyri-mümkündür. Ona görə də Avropanın Ağ Evin istər Ukrayna ilə bağlı danışıqlarda bərabərhüquqlu tərəf kimi çıxış etməsində, istər atəşkəsin və sülhün əldə edildikdən sonra Ukraynanın yenidən bərpası və təhlükəsizliyinin təmin olunmasında Avropanın üzərinə götürəcəyi öhdəliklər məsələsində, istərsə də Ağ Evin digər şərtlərini qəbul etməkdən başqa alternativi qalmır. 

İkincisi, ABŞ Avropasız və Ukraynasız Ukraynanın taleyini həll etməklə özünü mütləq hakim rolunda çıxış etməsini nümayiş etdirir.

Üçüncüsü, Ağ Ev bununla həm də hər şeyə qadir ölkə olaraq öz gücünü dünyaya nümayiş etdirməklə qalib kimi təqdim etməyə çalışır. 

Tramp komandası bununla hesab edir ki, Ukrayna məsələsində istəyinə nail olarsa, xarici siyasətlə müəyyən etdiyi digər prioritet istiqamətlərdə də uğur əldə edəcəklərini düşünürlər.

Yəqin ki, biz çox yaxın zamanda Volodimir Zelenskini yenidən Ağ Evdə görəcəyik.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri