Icma.az
close
up
RU
“Üzrü günahından betər”

“Üzrü günahından betər”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Tramp ABŞ mediasını nə üçün cəzalandırır?

ABŞ Prezidenti Donald Tramp martın 14-də 7 federal qurumun ləğv edilməsi barədə fərman imzalayıb. Onların sırasında Qlobal Media Agentliyi (USAGM) də yer alır. Bundan bir müddət öncə isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti dayandırılmışdı. USAID kimi USAGM da əsasən ABŞ-ın xaricə yönəlik layihələrini maliyyələşdirib. Beynəlxalq auditoriya üçün məlumatlar yayan “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib.

Prezident Donald Trampın imzaladığı fərman USAGM-i hədəf alsa da, mahiyyət etibarilə adı çəkilən media subyektlərini də sıradan çıxarır. Çünki maliyyə kəsilir. Nəzərə alaq ki, təkcə “Amerikanın səsi” radiosunun illik büdcəsi təxminən 260 milyon dollar məbləğində olub. “Azadlıq” radiosunun büdcəsi də təqribən həmin həcmdədir. Bu vəsaiti digər hər hansı bir donorun kompensasiya edə biləcəyi rasional görünmür. Doğrudur, Çexiyanın Xarici işlər naziri Yan Lipavski martin 17-də avropalı həmkarlarına müraciət edərək, maliyyədən məhrum edilmiş "Azad Avropa/Azadlıq Radiosu"nun fəaliyyətinin davam etdirilməsi üçün hərəkətə keçməyin zəruri olduğunu elan edib. Amma bu ideyadır, təklifdir. İcrasına qərar verilib-verilməyəcəyi bilinmir.

Dünən yayılmış məlumata əsasən, USAGM-in insan resursları üzrə direktoru Kristal Tomas hər üç radionun əməkdaşlarına elektron poçt göndərib. Redaksiyalara məxsus əmək texnikasını geri təhvil vermələrini istəyib. Bu xəbərdarlığa uyğun olaraq, “Amerikanın səsi” radiostansiyası 1300-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib. “Azad Avropa” və “Azad Asiya” radioları da çaşqın duruma düşüb.

ABŞ hökuməti bu media subyektlərinin vəziyyətdən çıxması üçün xüsusi proqram imzalayacaqmı? İnandırıcı görünmür. Çünki ABŞ-ın Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask daha öncəki çıxışlarında “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi. Nəticə çıxır ki, Tramp komandasının USAGM-i bağlamaqda hədəflərindən biri də elə bu radioları sıradan çıxarmaq olub.

Mövzu ətrafında yaranmış ajiotajın səbəbi də bu nöqtəyə bağlanır. Donald Tramp ABŞ-ın xarici ekspansiya siyasətinin əsas elementlərindən olan bu radioları nə üçün hədəf alır? ABŞ-ın ümumilikdə xarci siyasət kursu dəyişirmi, yoxsa Tramp komandası ABŞ xarici siyasətini təbliğ etmək üçün yeni, daha effektiv mexanizmlər tapıb? Aydın cavab yoxdur. Ən müxtəlif versiyalar gündəmə gətirilir. Bu versiyaları 2 qrup üzrə təsnifatlaşdırmaq mümkündür.

Birinci istiqamət budur ki, həm USAID, həm də USAGM-in fəaliyyətində sövdələşmə, mənimsəmə, korrupsiya əlamətləri aşkara çıxıb. Son 2 ay ərzində transmilli KİV-lərdə bu agentliklər barədə verilən açıqlamaları sistemə salıb uzlaşdırsaq görərik ki, DOGE rəhbəri onları korrupsiya hallarına yol verməkdə qınayır. Ehtimal olunur ki, ABŞ büdcəsindən ayrılan və bu agentliklər üzərindən realizə edilən maliyyə vəsaitinin təqribən 40 faizə qədəri mənimsənilib. Yaxud israf edilib. Hər halda Prezident Donald Tramp yanvar ayında ABŞ-ın xaricə yönəlik xərclərinin araşdırılıb qiymətləndirilməsi üçün sərəncam verib. 2025-ci il yanvar ayının 24-də qüvvəyə minmiş sərəncama uyğun olaraq, qarşıdakı 90 gün ərzində ABŞ-ın bütün xarici yardım proqramlarının dondurulması məqbul sayılıb. Bu kontekstdə araşdırmalara cəlb edilən əsas subyektlər sırasında USAID və USAGM da var. 90 günlük təhqiqatlar yekunlaşdıqdan sonra, daha detallı bilgilər ortaya çıxacaq.

İkinci istiqamət isə USAID və USAGM-ın fəaliyyətinin qeyri-səmərəliliyi üzərində qurulub. Ehtimal olunur ki, Tramp komandası ABŞ-ın ekspansiya siyasətini daha effektiv mexanizmlər üzərindən qurmağı planlayır. Bu baxımdan ənənvi media üzərində qurulmuş təbliğat ruporları səmərəsiz görünür, sıradan çıxarılır.

Hansı versiyaların dayanıqlı olacağı yaxın zamanlarda bilinəcək. Bu yöndə fikirlərin durulmasına qədər, digər bir nüansa diqqət yetirilməsi zərurətə çevrilir.

“Amerikanın səsi” radiosunun veb-səhifəsində yerləşdirilmiş nizamnaməsində qeyd edilir ki, o, mətbuat azadlığı prinsiplərinə sadiqdir: “Məkandan asılı olmayaraq, VOA jurnalist fəaliyyəti, söz və ifadə azadlığı prinsiplərinə sadiqdir. Təhdidlərlə üzləşən jurnalistlərə tribuna verir...Onların obyektiv fikirlərinin cəmiyyətə çatdırılması üçün platforma rolunu oynayır... 1942-ci ildə yarandığı gündən “Amerikanın səsi” tamaşaçılara həqiqəti çatdırmaq öhdəliyi götürüb”. “Azadlıq” radiosunun məramnaməsi də eyni tezislərin üzərində qurulub. Amma indiki situasiya bunun əksini göstərir. Bu radioların əsas missiyasının dünyaya həqiqəti çatdırmaq deyil, ABŞ xarici siyasətini təbliğ etmək üzərində qurulduğu faktı ortaya çıxır. Məsələn, “Azadlıq” radiosunun baş direktoru Stiven Kapus deyib: “Azadlıq” radiosunun qrant müqaviləsinin ləğv edilməsi Amerikanın düşmənlərinə böyük hədiyyə olacaq. İranın ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 illik fəaliyyətindən sonra “Azadlıq” radiosunun bağlanmasını qeyd edəcəklər. USAGM-in fəaliyyətinin dayanması düşmənlərimizin qarşısında ABŞ təbliğatının zəiflədilməsi deməkdir”. Stiven Kapus bu açıqlaması ilə təsdiq edir ki, adı çəkilən radio qurumları ABŞ xarici siyasətinin təbliğatçısı və təşviqatçısı olublar. Amma indiyədək bütün dünyaya obyektiv, qərəzsiz media subyekti kimi sırınıblar. Qərb nəzəriyyəsində qeyd edilir ki, “təbliğat və təşviqatın başlandığı yerdə azad jurnalistikanın fəaliyyəti bitir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri