Icma.az
close
up
RU
Trampın Əliyevin çıxışını paylaşması təsadüfi deyil ANALİZ

Trampın Əliyevin çıxışını paylaşması təsadüfi deyil ANALİZ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bu, postmünaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalıdır


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib. Bu barədə dövlətimizin başçısı “X” hesabında bildirib:

 “Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.  Ekspertlərin fikrincə, hər hansı bir Prezidentin digərinə yanaşmada belə bir jest etməsi beynəlxalq təcrübədə həddən artıq az rast gəlinən haldır. 


Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verəcək. Deputatın sözlərinə görə, dünyanın aparıcı iqtisadi və siyasi güc dövlətinin Azərbaycan rəhbərinin çıxışını paylaşması qürurverici olmaqla yanaşı, digər tərəfdən bu heç də beynəlxalq münasibətlərdə mütəmadi müşahidə edilən hal deyil: 

"ABŞ prezidentləri çox az hallarda digər dövlət rəhbərlərinin çıxışlarını paylaşırlar. Bu, həmçinin cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmalıdır. 

Ermənistan işğalı zamanı baxımsız şəhərə çevrilən və son 2 ildə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Xankəndi şəhərində keçirilən forum ilə bağlı belə bir paylaşımın olması həm də geosiyasi əhəmiyyət daşıyır. Xankəndidə verilən mesajlar paylaşılır və qlobal olaraq yüksək səviyyədə müzakirə edilir.

Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamikası ticarət və qarşılıqlı sərmayə qoyuluşları sahəsində daha geniş imkanlar yaradacaq".


Hüquq müdafiəçisi Əliməmməd Nuriyev də "Şərq"ə deyib ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını paylaşması təsadüfi və sadə jest deyil. Bu, post-münaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalıdır:


 "Tramp administrasiyasının “yalnız milli maraqlar naminə diplomatiya” xətti Azərbaycan kimi müstəqil qərar verən dövlətlərlə əməkdaşlıq üçün əlverişli platforma yaradır. İlham Əliyevin çıxışında Trampı “müharibə başlatmayan yeganə prezident” kimi təqdim etməsi bu gün dünyada sülhə susamış siyasi mərkəzlərdə rezonans doğurur. ABŞ-Azərbaycan münasibətləri bu platforma üzərində formalaşarsa, bu, Cənubi Qafqazda yeni güc balansının və strateji diaqnozun konturlarını müəyyən edə bilər. Xüsusilə enerji təhlükəsizliyi, informasiya suverenliyi və sülh təşəbbüsləri sahəsində əməkdaşlıq spektri genişlənə bilər. Bununla yanaşı, Trampın ritorikası ilə müşayiət olunan siyasi qərarların davamlılığı Azərbaycanın informasiya diplomatiyasına və yumşaq güc siyasətinə xüsusi məsuliyyət yükləyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri