Icma.az
close
up
RU
Trampın İlham Əliyevin çıxışını paylaşması iki ölkə arasında rəğbətin göstəricisidir Hikmət Babaoğlu

Trampın İlham Əliyevin çıxışını paylaşması iki ölkə arasında rəğbətin göstəricisidir Hikmət Babaoğlu

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Donald Trampın administrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin dinamik idarəçiliyini və ABŞ-Azərbaycan tərəfdaşlığına dair strateji baxışını yüksək qiymətləndirir". Bu fikirləri amerikalı politoloq Piter Teys bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ABŞ-nin etibarlı müttəfiqidir. Teys əlavə edib ki, bu mövqe III Şuşa Qlobal Media Forumundakı çıxışda da aydın ifadə olunub və İlham Əliyev Trampın Cənubi Qafqazda sülh və sabitlik təşəbbüslərini dəstəklədiyini vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi ki, Amerikalı politoloq olaraq Peter Teysin Azərbaycan-Amerika münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər və apardığı qiymətləndirmə obyektiv gerçəkliyə əsaslanır.

"Çünki Teysin fikirləri sadəcə bir təsbit deyil, burada həm də bir qiymətləndirmə var. Mənə elə gəlir ki, məsələnin əsl mahiyyəti də buradadır. Çünki Teys Azərbaycan Prezidentinin idarəçiliyini, idarəçilik üslubunu, strateji dünyagörüşünü və bunun ABŞ - Azərbaycan münasibətlərinə necə müsbət təsir etdiyini göstərir.

Ona görə də mən düşünürəm ki, bu, hələ Donald Trampın seçkilərdə namizəd olduğu vaxtdan rəsmi Bakının, daha dəqiq desək, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərlə bağlı idi. Çünki hələ seçki öncəsi, Tramp prezident seçilməzdən əvvəl Azərbaycan Prezidenti onu ailə dəyərlərinə sahib çıxan və realist bir siyasətçi kimi qiymətləndirmişdi. Doğrudan da, bu gün Amerika Birləşmiş Ştatları da ailə dəyərlərini gözdən salan müxtəlif qanunları Trampın timsalında qadağan etmiş oldu".

Deputat bildirdi ki, Azərbaycanda ailə institutu daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olmaqla, ailə ənənələrinin, ailə institutunun qorunması ən prioritet məsələlərdən biridir.

"Mənə elə gəlir ki, burada xüsusi bir incə məqama da ayrıca diqqət yetirmək lazımdır. Çox nadir hallarda hər hansı bir ölkənin prezidenti başqa bir ölkənin prezidentinin açıqlamasını özünün sosial media hesabında paylaşır. Və nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları kimi güclü bir ölkənin güclü bir lideri Donald Tramp, Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatları - Azərbaycan münasibətləri ilə bağlı Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdı. Yəni, elə bununla da görünür ki, liderlərin qarşılıqlı şəkildə əlaqələri və rəğbəti hansı səviyyədədir və bu, dövlətlərarası münasibətlərə necə böyük motivasiya əlavə etmiş olur.

Ona görə də, əlbəttə ki, bütün bunlar nəticə etibarilə hər iki ölkənin maraqları kontekstində ortaq təmas nöqtələri yaradır. O cümlədən Cənubi Qafqazda Azərbaycanın əldə etdiyi yeni statusun müdafiə olunması və hələ də problem kimi mövcud olan, tutaq ki, kommunikasiyaların açılması, regional inteqrasiyanın baş tutması kontekstində Amerika Birləşmiş Ştatları üçün də müəyyən rol və imkanlar təyin etmiş olur", - deyə Hikmət Babaoğlu fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri