Icma.az
close
up
RU
Trampın əsas məqsədi böyük güc olduğunu elan etməkdir MÜNASİBƏT BİLDİRİLDİ

Trampın əsas məqsədi böyük güc olduğunu elan etməkdir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Trampın əsas məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq və müharibəni dayandırdığı kimi müsbət imicini formalaşdırmaq, böyük güc olduğunu elan etməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ukrayna ilə Rusiyanın güzəştə gedəcəyini düşünmür, çünki bu, Trampın böyük lider, həmçinin ABŞ-ın beynəlxalq roluna mənfi təsir edə bilər: "Amma beynəlxalq siyasi nizama təsir edən proseslərə imza atacaq. Bu da, əlbəttə ki, ABŞ-ın geosiyasi, geoiqtisadi mövqeyini daha da gücləndirəcək. Təbii ki, prezidentlər arasında danışıqlar davam edəcək. Amma nəzərə alaq ki, Tramp Ukraynaya hərbi yardımlarını davam etdirəcək, maliyyə verəcək. Amma Avropa İttifaqı və Ukrayna 80% pul qoyur, amma Amerika 20% pul qoyur. Əsas söz burada Avropa ilə Ukraynanındır.

Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və göründüyü kimi Amerika prezidenti Donald Tramp və ətrafı atəşkəsə nail olmaq istəyir, həmçinin sülh danışıqları istiqamətində ikitərəfli və ya dördtərəfli formatda danışıqların aparılmasında maraqlıdır. Politoloqun fikrincə, xüsusilə, burada Ukraynanın mövqeyi əsasdır, çünki Ukraynanın mövqeyi konkret olaraq həlledici faktordur.

Zelenski atəşkəsə razılıq verə bilər. İlk növbədə Ukraynanın NATO-ya üzv olması istiqamətində atılan addımları mütləq şəkildə Kiyevi qane etməlidir və söz verilməlidir, bundan sonra ərazilərini qaytarmaq üçün danışıqlar prosesinə gedə bilər.

Avropa İttifaqı Zelenskiyə bundan sonra da hərbi və maliyyə dəstəyi verəcək. Əgər Donald Tramp birtərəfli şəkildə yalnız ABŞ və Rusiya maraqlarını burada üstün tutarsa, Ukrayna və Avropa maraqları üzərindən xətt çəkərsə müharibə davam edəcək. Zelenski və Avropa dövlətləri müharibəni davam etdirəcək”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, torpaqların işğaldan azad edilməsi üçün müharibə daha da uyğun variantdır və bunun üçün ilk növbədə Avropa dövlətləri Ukraynaya qoşun yeritməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri