Icma.az
close
up
RU
Müstəqilliyin qorunması əsas prioritetdir MÜNASİBƏT BİLDİRİLDİ

Müstəqilliyin qorunması əsas prioritetdir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Böyük Zəfərdən sonra Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük Qayıdış Proqramı işğaldan azad edilmiş ərazilərin simasında ciddi dəyişikliklərə səbəb olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun prorfessoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov bildirib.

Onun sözlərinə görə, regionun olduqca əlverişli potensialından düzgün və səmərəli istifadə məqsədilə həyata keçirilən müxtəlif layihələr artıq öz müsbət təsirlərini göstərməkdədir: "Azərbaycan bu layihələrin böyük hissəsini öz daxili imkanları hesabına icra edir. Bununla yanaşı, xarici investisiyanın cəlb olunmasına da xüsusi önəm verir. Dövlət çox yaxşı anlayır ki, yalnız daxili resurslarla məhdudlaşmaq, beynəlxalq tərəfdaşlıq və siyasi dəstək olmadan bu işləri reallaşdırmaq müəyyən çətinliklər yarada bilər. Elə buna görə də, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə nüfuzunun artırılması, hərbi, siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Balanslı və çoxvektorlu xarici siyasətin qorunub saxlanılması, milli maraqlara əsaslanan strateji addımların atılması ölkənin hərbi-siyasi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki müharibənin bitməsinə baxmayaraq, regionda tam sülhün bərqərar olması hələ də müəyyən maneələrlə üzləşir. Bu səbəbdən Azərbaycan dövləti daha ehtiyatlı davranmağa üstünlük verir.

Mövcud vəziyyəti nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, hazırkı siyasi xətti davam etdirməklə Qarabağın potensialından dayanıqlı iqtisadi layihələrin icrası üçün istifadə olunması zəruridir. Əsas diqqət istehsalyönümlü və məşğulluğu artıracaq sahələrin yaradılmasına yönəldilməlidir. Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, daha səmərəli proqramların tətbiqi, şəffaf vergi və gömrük mexanizmlərinin formalaşdırılması, hüquqi bazanın təkmilləşdirilməsi önəm kəsb edir. Eyni zamanda, regionun xüsusiyyətlərinə uyğun rəqabətqabiliyyətli kənd təsərrüfatının təşviqi, maliyyələşdirilməsi, məskunlaşmanın sürətləndirilməsi və yeni istehsal müəssisələrinin yaradılması yalnız iqtisadi deyil, həm də hərbi-siyasi gücün möhkəmlənməsinə, dövlətin suverenliyinin daha da güclənməsinə xidmət edir. Beləliklə, iqtisadi gücün artması, sabitlik və müstəqilliyin qorunması, rəqabətqabiliyyətli məhsul istehsalı ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə, müqavimət gücünün yüksəlməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına əhəmiyyətli təsir göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri