Icma.az
close
up
RU
Trampın ətrafındakı Rusiya agenti kimdir? Ekspert AÇIQLADI

Trampın ətrafındakı Rusiya agenti kimdir? Ekspert AÇIQLADI

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Rusiya-Ukrayna sülh prosesi ətrafında çox maraqlı hadisələr baş verir”.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi, jurnalist Şahin Cəfərli bildirib.

Ş.Cəfərlinin sözlərinə görə, "Bloomberg" Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Putinin köməkçisi Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutmuş telefon danışıqlarının "rasşifrovka"sını yayıb:

“Mətnlərdən anlaşılan odur ki, Uitkoff hazırkı ABŞ administrasiyasında faktiki olaraq Rusiyanın təsir agenti kimi fəaliyyət göstərir. Məsələn, o, Zelenskinin ABŞ-yə son səfərindən 2 gün əvvəl, oktyabrın 14-də Uşakov ilə telefon söhbətində ona məsləhət görür ki, Putin Trampa zəng eləsin, Qəzzadakı sülhlə bağlı onu təbrik etsin, tərifləsin, sülh adamı adlandırsın. Yəni Uitkoff xarici liderə (üstəlik, müttəfiq və dost olmayan ölkənin) ABŞ prezidentini necə manipulyasiya etməyin yollarını öyrədir. Uitkoff Uşakova deyir ki, Qəzzada olduğu kimi, Rusiya-Ukrayna konfliktini də həll etmək və bu barədə plan hazırlamaq olar. Uitkoff Putinə dərin hörmət bəslədiyini və onun sülh istədiyini həmişə Trampa söylədiyini bildirir.

Məlum olduğu kimi, Putin-Tramp telefon danışığı baş verir və Tramp çox məmnun qalır, Putinin sülh istədiyini, yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlayır. Tramp bir gün sonra Ağ Evə gələn Zelenskini əliboş qaytarır. (Halbuki Ukraynaya "Tomahawk" raketləri verə biləcəyini söyləyirdi)".

Ş.Cəfərli bildirib ki, 29 oktyabr tarixli Uşakov-Dmitriyev telefon söhbətində isə sülh planından danışılır:

“Dmitriyev bildirir ki, kağızı (sülh təkliflərini) qeyri-rəsmi olaraq ABŞ tərəfinə verəcək. O deyir ki, amerikalılar yəqin tamamilə Rusiya versiyasını əsas götürməyəcəklər, amma buna maksimum yaxın bir sənəd ortaya çıxa bilər.

Məlumdur ki, Dmitriyev ABŞ-yə uçur və Uitkoffun Mayamidəki evində onunla, həmçinin Trampın kürəkəni Kuşnerlə görünür, nəticədə "28 maddəlik plan" ortaya çıxır...

VACİB SUAL:

- Putinin köməkçisi Uşakovu dinləyən və onun telefon danışıqlarını məhz bu anda mediaya sızdıran güc kimdir?

Hər kimdirsə, böyük ehtimalla hazırkı sülh prosesini öz maraqları baxımından uyğun hesab etməyərək onu pozmağa çalışır. (Əllərində bu tip çoxlu sayda materiallar olduğuna şübhə yoxdur). Bu, ABŞ kəşfiyyatı da ola bilər, Britaniya kəşfiyyatı da. İstisna deyil ki, sülh planının son variantından (19 maddəlik) məmnun qalmayan Rusiya da prosesin pozulmasında maraqlı ola bilər, amma bu, ağlabatan ehtimal kimi görünmür.

Dövlət katibi Rubionun senatorlarla söhbətində Uitkoffun planını "Rusiya təklifləri" adlandırması və bundan sonra təşəbbüsü üzərinə götürərək Cenevrədə Ukrayna nümayəndə heyəti ilə danışıqlarda bədnam plana Ukrayna lehinə dəyişikliklər etməsi faktını da unutmayaq.

Bu qalmaqalda şəxsi planda ən çox zərər çəkən Stiv Uitkoff ola bilər. Yayılan mətnlər (səs yazıları da var) ilk növbədə onu zərbə altında qoyur. Artıq 2 respublikaçı Konqres üzvü hadisəyə münasibət bildirirək Uitkoffun kənarlaşdırılmasını tələb edib.

Tramp isə ilk şərhində deyib ki, yayılan səs yazıları ilə tanış olmayıb, amma danışıqlar praktikası məhz belə olur, Uitkoff Rusiya ilə təmaslarda Ukraynanı satmalıdır ki, nəticə ala bilsin. Eyni zamanda, Tramp 28 maddəlik məlum sənədi dəstəkləməyərək deyib ki, bu, sülh planı deyil, üzərində işlənilməli olan konsepsiyadır”.

Lalə, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri