Trampın hakimiyyətə gəlməsi milyarderlərin sərvətini əritdi
Icma.az, Operativ MM saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, dünyanın ən varlı adamları arasında yer alan səkkiz amerikalı milyarder ABŞ prezidenti Tramp vəzifəyə gəldikdən sonra şəxsi sərvətlərini 250 milyard dollardan çox itirib.
Son zamanlar ən çox itki görən milyarder Trampın seçilməsi üçün fəal işləyən iş adamı İlon Mask olub.
Qeyd edək ki, seçki kampaniyasında Trampı açıq şəkildə dəstəkləyən və onun kampaniyasına 277 milyon dollar töhfə verən Mask prezidentin yeni yaradılmış Hökumətin Səmərəliliyi Departamentində (DOGE) baş məsləhətçisidir.

