Icma.az
close
up
RU
Trampın hədəfində Madurodan başqa kim var? Politoloq

Trampın hədəfində Madurodan başqa kim var? Politoloq

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Maduronu həbs etməsi, daha dəqiq, xüsusi əməliyyatla öz ölkəsində gecə ilə götürməsi dünya gündəmin əsas mövzusudur. 

Məlum məsələ səngiməmiş ictimai şüurda başqa versiyalar səslənir.

Bildirilir ki, Trampın bu tip əməliyyatları intensiv xarakter alacaq, hədəfdə başqa ölkələr də var. 

Ancaq reallıqda məsələ necədir?

Belə bir əməliyyat yenə də gözlənilirmi?

Bu barədə Gununsesi.info -ya siyasi şərhçi Turan Rzayev danışıb.

O bildirib ki, belə hadisələr cəmiyyətdə xof yaradır:

“Adətən, bu tipli hadisələrdən sonra bunun intensiv və silsilə xarakter daşıyacağına dair cəmiyyətdə bir xof yaranır. İndi də Trampın Maduroya qarşı etdiyi bu əməliyyatdan və bunun yaratdığı eyforiyadan istifadə edəcəyi bəllidir. Məsələn, ehtimal hədəflərdən biri Kolumbiya prezidentidir. Çünki onun da Trampla münasibətləri yaxşı deyil. Maduronun bir ideyası da var idi bu məsələdə. O, Latın Amerikası Birliyi yaratmaq istəyirdi. Ən böyük dəstəkçilərindən biri də Kolumbiya idi. Ancaq Tramp Kolumbiya prezidenti ilə telefonla danışdığı, məsələlərin yolunda olduğuna dair sosial şəbəkə hesabında məlumat paylaşdı. Digər bir ehtimal budur ki, Amerikanın təklifini qəbul etməyəcəyi təqdirdə Zelenski götürüləcək. Zelenski özü açıqlama verib ki, növbəti əməliyyat Çeçenistan rəhbəri Ramazan Kadırova ola bilər. Hətta İran Ali dini rəhbərinə və ya yüksək rütbəli şəxslərdən birinə olacağı da deyil”.

Politoloq, həmçinin deyib:

“Ancaq bütün bunlar hələlik iddiadır. Bir hadisə baş veribsə, onun daimi olacağını demək absurddur. Aydın məsələ idi ki, Maduroya qarşı daxildə etiraz var idi. Ətrafında korrupsiyaya aludə olmuş, eyni zamanda silah, narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər var idi. Adətən, müəyyən maddi gücə sahib olan şəxslər gec ya tez siyasi gücü ələ keçirmək istəyirlər. İndi Maduronun başına bu hadisə gəlib deyə mütləq başqasına da olacaq demək olmaz. Hər ölkənin sistemi eyni deyil axı. Məsələn, Maduroya qarşı keçirilən əməliyyatda Deltanın gücü, var idisə, bir az da Maduronun ətrafındakı xəyanətlərin köməyi idi. Gərək ki, əvvəlcə, başqa ölkələrdə də belə şərait yaransın”.

Orxan

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri