Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“Trampın ikili oyunu Avropada çaşqınlıq doğurub“ “Reuters“

“Trampın ikili oyunu Avropada çaşqınlıq doğurub“ “Reuters“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"ABŞ prezidentinin dron hücumuna yumşaq reaksiyası və şərtli sanksiya siyasəti NATO-nun gələcəyini şübhə altına salır..."

Xəbər verildiyi kimi, sentyabrın 10-da Rusiyaya məxsus 19 pilotsuz uçuş aparatı Polşa hava məkanını pozub. Onlardan yalnız dördü vurulub, qalanları isə Polşa ərazisinə keçərək NATO-nun təhlükəsizlik sistemində boşluqların olduğunu göstərib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Polşada dron böhranı və Trampın mövqeyi

Agentlik qeyd edir ki, bu hadisə Avropa ölkələrində təlaşla qarşılanıb. Çünki söhbət artıq Ukraynadan deyil, birbaşa Alyans ərazisindən gedir. Gözlənilən odur ki, Vaşinqton dərhal sərt mövqe ortaya qoyacaq. Amma prezident Donald Tramp iki gün sonra mətbuata açıqlama verərək hadisəni "mümkün səhv" adlandırıb. Onun bu ifadəsi, avropalı diplomatların sözləri ilə desək, "ictimai şəkildə çiyin silkələmək"dən başqa bir şey olmayıb.

Polşa baş naziri Donald Tusk isə Trampın sözlərinə dərhal cavab verərək, Rusiyanın dron hücumlarının təsadüfi ola bilməyəcəyini bəyan edib: "Heç kim inandırmasın ki, bu, səhvdir. Burada məqsədli hərbi əməliyyatdan söhbət gedir".

NATO zəif görünür

"Reuters"-in məlumatına görə, Avropa paytaxtlarında Trampın reaksiyası çaşqınlıq və narahatlıq doğurub. NATO daxilində çoxları artıq ABŞ-ın Rusiyanın real hücumu zamanı Alyansı qorumağa hazır olub-olmadığını sual edir.

ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalders isə bu vəziyyəti tarixi müqayisə ilə ifadə edib: "Tramp Ruzveltdən bəri Avropa təhlükəsizliyini Amerika təhlükəsizliyinin əsas sütunu hesab etməyən ilk ABŞ prezidentidir".

Diplomatik dairələrdə yayılan məlumatlara görə, bir çox Avropa rəsmiləri ABŞ-ın susqunluğunu "demək olar ki, karedici səssizlik" kimi qiymətləndirib. Almaniya və İtaliya rəsmiləri Vaşinqtonun qərarsızlığını etiraf edir, lakin açıq tənqidə getmirlər. Şərqi Avropa ölkələrində isə narahatlıq daha da güclüdür, çünki onlar birbaşa Rusiya təhlükəsi ilə üz-üzədirlər.

Sanksiya siyasətində dəyişkənlik

Trampın davranışında narahatlıq doğuran başqa bir məsələ isə sanksiyalarla bağlıdır. ABŞ prezidenti əvvəlcə Rusiyaya qarşı sərt və şərtsiz sanksiyalar vəd etsə də, indi bu mövqeyindən geri çəkilir. Onun sözlərinə görə, ABŞ yalnız o halda sanksiya tətbiq edəcək ki, NATO ölkələri Rusiya neftini tamamilə boykot etsin, üstəlik Avropa Çindən idxal olunan mallara 50-100 faiz gömrük rüsumları qoysun.

Ukrayna parlamentinin Xarici siyasət komitəsinin rəhbəri Aleksandr Merejko bu mövqeyi ardıcılsız adlandıraraq bildirib: "ABŞ əvvəlcə özü nümunə göstərməli, dərhal sanksiya tətbiq etməlidir. Trampın bu tələbləri icrası mümkünsüz görünən şərtlərdir. Bu, daha çox bəhanəyə bənzəyir ki, vəd etdiyi sanksiyaları həyata keçirməsin".

Merejko həmçinin Trampın "bu müharibə guya Baydenin və Zelenskinin müharibəsidir" sözlərini təhlükəli yanlış yanaşma kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, açıq-aşkar Rusiyanın təcavüzkar müharibəsidir və məsuliyyətin qurbanların üzərinə atılması yolverilməzdir.

Avropada etimad böhranı

Donald Trampın həm dron hücumuna verdiyi yumşaq reaksiya, həm də sanksiyalar məsələsindəki ziddiyyətli mövqeyi NATO daxilində ABŞ-a olan güvəni zəiflədir. Avropada artıq ciddi sual yaranıb: Vaşinqton həqiqətən də müttəfiqlərini qorumağa hazırdırmı?

Bu sualın cavabı yalnız ABŞ siyasətində deyil, həm də Kremlin gələcək planlarında mühüm rol oynayacaq. Çünki Moskva Alyansın zəif nöqtəsini gördükcə, yeni sınaqlara cəsarət edə bilər. Avropa liderləri isə tarixin acı dərsini xatırladır: zəiflik və tərəddüd bəzən müharibəni dayandırmır, əksinə, onu daha da yaxınlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri