Trampın paylaşımı çaşqınlıq yaratdı Putinlə kim danışıb? KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı olması ilə bağlı məlumat yayılıb.
KONKRET.az-ın“Qafqazinfo”ya istinadla məlumatına görə, Tramp “Truth” hesabında paylaşım edərək bu sözləri yazıb:
“Bu dəhşətli, qanlı müharibənin nəhayət sona çatması üçün çox yaxşı şans var. Mən Prezident Putindən onların həyatlarına rəhm etməsini qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər”.
Onun bu paylaşımı telefon danışığının iki lider arasında baş tutmasına zəmanət verib, lakin Ağ Ev məsələni təkzib edib.
Bildirilib ki, Putinlə Moskvada Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff danışıb və bu məsələdə çaşqınlıq yaradan Trampın “Truth”da etdiyi paylaşım olub. Belə ki, Prezident Tramp sözlərini rusiyalı həmkarına xüsusi nümayəndəsi vasitəsilə çatdırıbmış.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ötən gün Rusiyada səfərdə olub və Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 Mart 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















