Icma.az
close
up
RU
Trampın iqtisadi avantürası: Bir tərəfdən öz ölkəsini düşünür, digər tərəfdən isə...

Trampın iqtisadi avantürası: Bir tərəfdən öz ölkəsini düşünür, digər tərəfdən isə...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Anerikanın dövlət borcu ardıcıl dörd ildir iki trilyon dollardan çox artır.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci maliyyə ilində bu rəqəm rekord həddə - 37.6 trilyon dollara çatıb. Bildirilib ki, ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Ötən il ərzində borc 35.46 trilyon dollardan 37.64 trilyon dollara yüksəlib, bu ölkə üçün yeni rekorddur.

Hesab etmək olarmı ki, Trampın iqtisadi avantürası ABŞ iqtisadiyyatına daha çox zərər vuracaq?

Mövzu ilə bağlı iqtisadçı Murad Cəlalov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Donald Tramp öz nüfuzunu qaldırmaq üçün sosial xərcləri daha çox artırır. Onun fikrincə, normalda bu addım prezident seçkilərindən öncə baş verməli idi.

Müsahibimiz qeyd edib ki, hazırda Tramp dünyada öz hegemonluğunu göstərməyə çalışır və bu sahədə yüksək məbləğdə maliyyə ayrılır:

"Trampın atdığı addımlar siyasi baxımdan daha çox maraq doğurur. Tramp bir tərəfdən öz ölkəsini və iqtisadiyyatını düşünür, digər tərəfdən isə fərqli prezident kimi ABŞ tarixində iz qoymaq istəyir. Necə ki, bunu Almaniya edib. İkinci Dünya müharibəsi zamanı Almaniyanın üzərinə bir möhür kimi vuruldu. Almaniya o möhürü öz üzərindən qaldırmaq üçün 2015-ci ildən xarici ölkələrdən başlayan qaçqın axınlarına qarşı qapılarını açdı və onlara dəstək oldu. Almaniya bu gün də Rusiya və Ukraynadan gələnlərə dəstək olmağa davam edir. Almaniya bu addımla qəddar rejim olmadığını göstərməyə çalışsa da, öz iqtisadiyyatına böyük zərbə vurdu. Halbuki iqtisadiyyatına görə Almaniya dünyanın üç ölkəsindən biri idi. Lakin indiki məqamda inflyasiya içərisindədir. Çünki sosial xərcləri inanılmaz dərəcədə artıb".

M.Cəlalov vurğulayıb ki, Tramp xüsusən də ölkədə vergilərin azalmasına diqqət ayırıb. Çünki ölkə daxilində də öz nüfuzunu qaldırmağa çalışır. Halbuki vergilərin azaldılması və sosial xərclərin artırılması ölkə iqtisadiyyatına ciddi zərbə vurur.

Murad Cəlalov: Tramp öz gücünü göstərməyə çalışdığı üçün faiz dərəcələrində siyasi addımlar atır

"Borclanmanın yaranmasının başlıca səbəbi xərcin gəlirdən çox olmasıdır. Bu fonda dövlət məcburi olaraq istiqrazlar buraxmalı olur. Borc isə faizlərlə geri qaytarılır. Banklar ödəmənin risk altında olduğunu görəndə faizi yüksəldir. Bu, borcu daha da artırır. Tramp isə öz gücünü göstərməyə çalışdığı üçün faiz dərəcələrində siyasi addımlar atır. Yəni, faizi iqtisadi nəticələrə görə təyin etmir. Nəticədə ABŞ Mərkəzi Bankının müstəqilliyi risk altına düşür", - deyə müsahibimiz izah edib.

İqtisadçı hesab edir ki, ABŞ-nin gələcəyi yaxşı ola bilər. Çünki aldığı borclar dollarladır və dünya üzrə dollar birinci valyuta sayılır. Bu baxımdan gələcəkdə borclanma ilə bağlı bir problem yaşanmaya bilər:

"Yalnız sosial xərclər və digər lazımsız xərclər artarsa, bu, daxildə çaxnaşmalara səbəb olacaq. Ona görə ki, digər sahələrin müstəqilliyi əlindən alınmış olur".

Qeyd edək ki, ABŞ-nin suveren borcunda ən böyük artım (4.2 trilyon dollar) 2020-ci ildə qeydə alınıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri