Bir tərəfdən Fələstini tanıma bəyanatları verilir, digər tərəfdən isə insanlar Qəzzadan köçürülür Politoloq
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, paytaxtı Qüds olmaqla, 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil, suveren və demokratik Fələstin Dövləti yaradılmalıdır.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan politoloq İlqar Vəlizadə bildirdi ki, bu ideyanı artıq dünya ölkələrinin əksəriyyəti dəstəkləyir:
"Görünən odur ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin böyük bir qismi bu ideyanı dəstəkləyir. Bu fakt onu göstərir ki, əslində bu ideyanın alternativi yoxdur. Düşünmək olar ki, yaxın illərdə iki dövlət konsepsiyası beynəlxalq müstəvidə tamamlanmış forma alacaq və beləliklə, beynəlxalq hüquqi müstəvidə özünü təsdiqləyəcək. Lakin reallıq göstərir ki, Fələstinin özündə və İsraildə təəssüf ki, bu ideyanın reallaşmasına hələ çox vaxt var".
Ekspert vurğuladı ki, bu prosesi sadəcə qərarlarla və ya bəyanatlarla həyata keçirmək olmaz:
"Regionda isə əksinə, proseslər fərqli istiqamətdə gedir. Bu proseslərin mahiyyəti ondan ibarətdir ki, İsrail öz mövqelərini möhkəmləndirir, Qəzzadan insanlar köçür və çox güman ki, bu tendensiya davam edəcək. Burada da ziddiyyətlər meydana çıxır: bir tərəfdən beynəlxalq hüquqi müstəvidə bəyanatlar verilir, digər tərəfdən isə reallıqda tam əks proseslər baş verir. Bu isə sonda beynəlxalq hüququn iflici deməkdir. Ona görə də hazırda müxtəlif ölkələr BMT-də islahatlarla bağlı təkliflər irəli sürür və bu təkliflər də eyni zamanda belə qərarların reallaşmasına hesablanır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















