Icma.az
close
up
RU
Trampın iqtisadi ideyaları: dünyamızı nələr GÖZLƏYİR...

Trampın iqtisadi ideyaları: dünyamızı nələr GÖZLƏYİR...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ-da keçirilən seçkilərin nəticələrinin hesablanması başa çatmasa da, artıq Donald Trampın qələbə qazandığı məlumdur. Səsvermənin nəticələrinə görə, Respublikaçılar ABŞ Senatına da nəzarəti ələ keçiriblər. Bu da Trampın iqtisadi ideyalarının reallaşmasının asanlaşması deməkdir. 


ABŞ-də iki əsas siyasi partiyada biri olan Respublikaçılar ölkənin siyasi həyatında mühüm rol oynayır və ideoloji mövqeləri ilə seçilirlər.


Sağ-mərkəz mövqeyində duran respublikaçılar kiçik dövlət, sərbəst bazar iqtisadiyyatı və fərdi azadlıqları müdafiə edirlər. Onlar vergilərin azaldılması, iqtisadi tənzimləmələrin minimuma endirilməsi və dövlət xərclərinin azalması tərəfdarıdırlar. Respublikaçılar daha çox mühafizəkar dəyərlərə, güclü milli müdafiəyə və ənənəvi ailə dəyərlərinin qorunmasına önəm verirlər. Partiyanın seçici bazası əsasən kənd yerlərində yaşayanlar, biznes sahibləri, mühafizəkar dindarlar və yaşlı əhali qruplarından ibarətdir.

Hər bir namizəd öz seçki proqramlarında iqtisadi məsələlərə ciddi yer ayırdı. Artıq seçkilər arxada qaldığından yalnız qalibin platforması aktuallığını saxlayır.  

Trampın iqtisadi ideyalarının çoxu ilk dəfə hakimiyyətə gəlişində olduğu kimidir. Amma bu dəfə o, daha çox təcrübəyə və onları həyata keçirmək əzminə malikdir.

O, istehsalı ölkəyə gətirəcəyini, vergiləri kəsəcəyini və milyonlarla qeyri-qanuni immiqrantı deportasiya edəcəyini vəd edib. 

Tramp, 2017-ci ildə qəbul edilmiş “Vergi Endirimləri və Məşğulluğun Artırılması Aktı”nın (TCJA) davamlılığını təmin etmək və yeni vergi güzəştləri tətbiq etmək istəyir. Bunlara sosial təminat gəlirləri üzərindəki vergiləri ləğv etmək, korporativ gəlir vergisini  21 faizdən 15 faizə  endirmək, fərdi gəlir vergilərində mövcud olan azadolmaların və güzəştlərin saxlamaq aiddir. O, işçilər üçün vergi güzəştləri vəd edib. 

Çinlə ticarət münasibətlərini sərtləşdirmək istəyən Tramp bu ölkədən idxal olunan mallar 60 faizə qədər yeni rüsumlar tətbiq etməyi və ABŞ şirkətlərinin Çinə investisiya qoymasını qadağan etməyi planlaşdırır.

Trampın xarici ticarət siyasəti xarici ölkələrlə ticarət müqavilələrinin yenidən danışıqlarının aparılmasını, "Amerika Üçün Ədalətli Ticarət" prinsipləri əsasında yenidən qurulmasını hədəfləyir. Bu vədlərin icrası ABŞ-da sənaye və ixrac sahələrinin inkişafını təşviq edə bilər.

Tramp enerji sektoruna, xüsusilə neft və qaz hasilatına ciddi dəstək vəd edir. O, enerji müstəqilliyini təmin etmək və neft-qaz sektorunda sərmayələri artırmaq üçün daha çox yerli resurslardan istifadəni təklif edir. Bu yanaşma, enerji sektoruna maliyyə bazarlarında marağın artmasına və potensial gəlirlərinə təkan verə bilər. Financial Times” yazır ki, Donald Trampın idxal rüsumlarını kəskin şəkildə artıracağı vədi avtomobil və lüks mal istehsalçıları da daxil olmaqla, bir sıra Avropa şirkətlərinin səhmlərinə mənfi təsir göstərib.

Tramp Avropaya 20 faiz rüsum tətbiq edəcəyini bildirib. Beynəlxalq Valyuta Fondu (BVF) bu cür siyasətin qlobal iqtisadi artıma zərər verə biləcəyi barədə xəbərdarlıq edib. ABŞ-nin Maliyyə Naziri Janet Yellen, kəskin yüksəldilmiş tariflərin “yanlış yanaşma” olduğunu və bunun istehlakçılara və ixracata mənfi təsir edəcəyini söyləyib.

ABŞ və Avropa İttifaqı arasında ticarət əlaqələrindən danışan Tramp Avropa İttifaqını “mini-Çin” adlandırıb. “Maşınlarımızı götürmürlər, kənd təsərrüfatı məhsullarımızı götürmürlər, heç nə götürmürlər. Aİ ilə 312 milyard dollar kəsirimiz var. Bilirsiniz, Avropa İttifaqı mini-Çindir, hətta o da deyil”.

Avropanı isə 4 il əvvəl olduğu kimi yenidən 4 il yorucu dövr gözləyir.  

Trampın qələbəsi neft qiymətlərinin aşağı düşəcəyi proqnozlarını artırır.  Hesab eilir ki, ABŞ-ın neft sektoruna dəstək layihəsi onun hasilatının artmasına səbəb olacaq. Qızıla gəlincə, Yaxın Şərq və Şərqi Avropada hərbi münaqişələrə son qoyulsa qızılın qiymətini kəskin şəkildə ucuzlaşacaq. 

Trampın siyasəti bütün dünyada böyük dalğalanma təsirləri göstərəcək. Həttas seçkilərdən əvvəl biznes qurumları artıq Respublikaçıların qələbəsini nəzərə alaraq fövqəladə hallar planları hazırlayıblar.

Seçkilərdən sonra ilk açılan Asiyada birjalar Trampın qələbəsinə qarışıq reaksiya verdi. Yaponiyanın Nikkei və Avstraliyanın S&P/ASX 200 indeksləri bahalaşıb. 

Bitkoin bütün zamanların ən yüksək həddinə çatıb. Tramp tənzimləməni dayandıraraq və yeniliklərə daha açıq olmaqla Amerikanı “planetin kriptovalyutası” edəcəyinə söz verib. Onun kriptovalyutaya dəstəyi ABŞ-da sənayeyə ümid verib. Ən populyar kriptovalyuta olan bitkoin çərşənbə günü bir anda 75 000 dollardan (69 800 avro) çox rekord vurub.

Bitkoin yüksəldikcə, bir sıra digər valyutalar Amerika dolları qarşısında o qədər də yaxşı nəticə göstərə bilmədi.
Avropa Birliyi və Çin, Yaponiya və Meksika kimi ölkələr haqlı olaraq tariflərdən narahatdırlar. Çərşənbə günü onların valyutaları artan ABŞ dolları qarşısında dəyər itirdi. Meksika pesosu ABŞ-ın yeni tariflərinə qarşı xüsusilə həssas olduğu üçün son üç ayda ən böyük enişini yaşadı.

Daha bahalı dollar ABŞ mallarını ümumiyyətlə başqaları üçün bahalaşdıracaq. Bu, həm də neft kimi dollarla qiymətləndirilən qlobal əmtəələri digər valyutalarla ödəyən alıcılar üçün bahalaşdıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri