Icma.az
close
up
RU
2025ci ildə dünyamızı nələr GÖZLƏYİR...

2025ci ildə dünyamızı nələr GÖZLƏYİR...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il yaxınlaşdıqca ekspertlər və beynəlxalq təşkilatlar gələn il üçün proqnozlar irəli sürür, yeni meyillər və tendensiyalar barədə fikirlərini açıqlayır.

"Institute for the Future" təşkilatının proqnozlarına görə, gələn il çoxqütblü dünya nizamının güclənməsi, ABŞ-ın rolunun azalması, ticarət münasibətlərində gərginliyin artması, süni intellektin həyatımıza daha da dərin inteqrasiyası və ekoloji problemlərin daha geniş miqyasda qarşıya çıxması kimi tendensiyalarla müşahidə olunacaq.

2025-ci ildə qlobal iqtisadi artım 3 faiz ətrafında olacaq ki, bu da 2024-cü ilə nisbətən bir qədər aşağıdır. İqtisadi artımın zəifləməsinin səbəblərindən biri inkişaf etmiş ölkələrdəki demoqrafik problemlər və Çin iqtisadiyyatının struktur problemləri olacaq. 

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi qlobal siyasi vəziyyətə böyük təsir göstərəcək. Trampın "Amerikanı yenidən qüdrətli etmək" siyasəti proteksionizmin güclənməsinə səbəb ola bilər. Bu da ABŞ-ın ənənəvi müttəfiqləri ilə gərginliyi artıracaq və Çin ilə ticarət münüasibətlərinin şiddətlənməsinə yol açacaq.

ABŞ və Çin qlobal iqtisadiyyatda lider mövqeyini qoruyacaq, lakin onlar arasındakı rəqabət daha da güclənəcək. ABŞ-ın iqtisadi artım tempinin 2,7 faiz olması gözlənilsə də Çinin artım sürəti 4,5 faizə  çatacaq. Ticarət müharibəsi və texnologiya sahəsindəki qarşıdurmalar hər iki ölkə üçün vacib məsələlərdən biri olacaq. Çin ABŞ-ın ticarət tarifləri və texnoloji məhdudiyyətlərinə qarşı mübarizə aparacaq.

2025-ci ildə qlobal münasibətlər daha çox çoxqütblü olacaq. İnkişaf etməkdə olan ölkələrin, xüsusən Çin və Hindistanın təsiri artacaq. Çin və Hindistan yalnız iqtisadi cəhətdən deyil, həm də siyasi və hərbi cəhətdən də öz mövqelərini gücləndirəcək. Bu çoxqütblü nizamda regional güclərin - məsələn, Türkiyə, İran və İndoneziyanın rolu daha da artacaq. Bu ölkələr strateji əlaqələrdən istifadə edərək beynəlxalq səviyyədə öz maraqlarını gücləndirəcəklər. Səudiyyə Ərəbistanı və digər Orta Şərq ölkələri güclü dövlətlərlə əməkdaşlıq edərək regional məsələlərə daha çox təsir edəcəklər.

Süni intellekt sahəsində böyük irəliləyişlər gözlənilir. Bu texnologiyanın müxtəlif sahələrə tətbiqi iş yerlərinin avtomatlaşdırılması və məhsuldarlığın artması ilə nəticələnəcək. Eyni zamanda sosial və iqtisadi məsələlərdə ciddi dəyişikliklərə səbəb ola bilər.

İqlim dəyişikliyi ilə mübarizə və təmiz enerji texnologiyalarına sərmayə qoyuluşu sürətlənəcək. Çin günəş panelləri və elektrikli avtomobillər sahəsində lider olaraq qalacaq.

Qlobal istiləşmə və ətraf mühitin qorunması məsələləri hələ də ən böyük təhdidlərdən biridir. Ekstremal hava hadisələri daha tez-tez baş verəcək. İçməli su və qida məhsulları üzrə qlobal çatışmazlıqlar ciddi şəkildə böyüyəcək, bu da gələcəkdə yeni münaqişələrə və sosial narazılıqlara səbəb ola bilər.

İnkişaf etmiş ölkələrdə əhalinin yaşlanması davam edəcək, bu isə sosial xidmətlər və səhiyyə sistemlərinə əlavə yük qoyacaq. Bu, həm də iqtisadi artımı zəiflədə bilər, çünki işçi qüvvəsinin sayı azalacaq.

Şəhərlərin böyüməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktura böyük sərmayə qoyuluşunu tələb edəcək.

2025-ci ildə kriptovalyutaların və rəqəmsal aktivlərin tənzimlənməsi üzrə qlobal hüquqi çərçivə formalaşacaq. Bu kripto bazarının daha sabit və təhlükəsiz olmasına səbəb olacaq.

Modern.az-ın məlumatına görə, ekspertlər 2025-cu ildə qlobal miqyasda aşağıdakı meyllərin müşahidə olunacağını proqnozlşdırır.

— Ticarət münasibətləri kəskinləşəcək,
— Qlobal iqtisadi böhran riski artacaq
— ABŞ qlobal liderlik rolunu itirməyə davam edəcək, regional mərkəzlərin təsiri artacaq;
— Robotlaşdırılmış sistemlərin və süni intellektin rolu güclənəcək
— Rəqəmsallaşma trendi davam edəcək;
— Kriptovalyutaların tənzimlənməsi güclənəcək;
— İçməli su çatışmazlığı artacaq;
— Borc böhranı ehtimalı yüksəkdir;
— Enerji böhranı ehtimalı yüksəkdir;
— İnsanlar yaşlanmağa davam edəcək;
— Şəhərlərə köç davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri