Trampın keçmiş müşaviri: “ABŞ nın İranı vurması real ssenaridir”
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran hakimiyyətinin etirazçılara qarşı zorakı müdaxiləsi fonunda Vaşinqtonun hərbi güc tətbiq etməsi real ssenaridir”.
Turkustan.az xəbər verr ki, bunu India Today TV-yə müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib.
Bununla yanaşı, o, ABŞ Prezidenti Donald Trampın xarici siyasət qərarlarının ardıcıl strategiyaya deyil, daha çox impulsiv və şəxsi maraqlara əsaslandığını vurğulayıb.
Keçmiş müşavir söyləyib ki, əgər məqsəd İranda rejim dəyişikliyinə nail olmaqdırsa, tək bir hərbi zərbə yetərli olmayacaq. O, daha genişmiqyaslı və planlı strategiyanın vacibliyini vurğulayaraq bildirib ki, ardıcıl zərbələr İran rejiminin nüvə proqramı və terror fəaliyyəti imkanlarını zəiflədə, eyni zamanda ölkə daxilində repressiya mexanizmlərini sarsıda bilər.
Qeyd edək ki, Con Bolton Donald Tramoın birinci prezidentlik dönəmində onun milli təhlükəsizlik müşaviri olub. Lakin Şimali Koreya, Əfqanıstan və İranla bağlı məsələlərdə fikir ayrılıqlarından sonra 2019-cu ilin sentyabrında istefaya göndərmişdi. /Yeni Sabah/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















