Trampın kürəkəni iddiaları təkzib edib
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner milyonlarla dollar dəyərində gizli maliyyə əməliyyatlarında iştirakına dair iddiaları qəti şəkildə təkzib edib.
Kuşner bu barədə "X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Bu müəllifin iddiaları tamamilə ağlasığmaz və qətiyyən yalandır. Belə hadisələr heç vaxt baş verməyib”, – deyə Kuşner yazıb.
O bildirib ki, ittihamları əvvəlcədən mətbuat qarşısında rədd edib və müəllif iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib. Kuşnerin sözlərinə görə, bu iddiaları əsaslandırmaq üçün bank hesablarından çıxarışlar, pul köçürmələri barədə məlumatlar, hesab nömrələri, ehtimal olunan əməliyyatların tarixləri və digər yoxlanıla bilən təfərrüatlar açıqlanmayıb.
ABŞ liderinin qızı İvanka Trampın həyat yoldaşı qeyd edib ki, sözügedən dövrdə həm mətbuatın, həm də ABŞ Konqresindəki araşdırmaların və xüsusi prokurorun istintaqının diqqət mərkəzində olub. Kuşner bütün bu araşdırmalarla könüllü əməkdaşlıq etdiyini və həmin vaxt belə ittihamların irəli sürülmədiyini vurğulayıb.
O, yayılan məlumatları "jurnalist araşdırması adı altında təqdim edilən qalmaqallı uydurma” adlandırıb.
Bundan əvvəl "Vanity Fair” jurnalı jurnalist Metyu Koulun Kuşnerin Yaxın Şərq liderləri ilə ehtimal olunan gizli razılaşmalarına dair kitabından bir hissə dərc edib. Jurnalın iddiasına görə, Niderland xüsusi xidmət orqanları Kuşnerin telefonuna çıxış əldə edərək Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsraillə əlaqəli, yüz milyonlarla dollar dəyərində gizli maliyyə əməliyyatları barədə məlumatlar aşkarlayıblar.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Oktyabr 2026 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















