Icma.az
close
up
RU
Trampın kürəkəni HƏMAS a çağırış edib

Trampın kürəkəni HƏMAS a çağırış edib

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşner tərk-silahla bağlı HƏMAS-a sərt ultimatum irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

O xəbərdarlıq edib ki, Fələstinin radikal hərəkatı Qəzzada tərk-silah olunmaqla bağlı öhdəliklərini yerinə yetirməlidir, əks halda "başlanmış işi tamamlamaq" üçün İsrailin hərbi əməliyyatı ilə üzləşəcək. Bildirilir ki, Kuşner bu bəyanatla HƏMAS nümayəndələri ilə təkbətək görüşdən sonra çıxış edib.

"Onlar tamamilə doğru sözlər danışırdılar, lakin bu cür dəhşətli vəhşiliklər törətmiş terror təşkilatına inanmaq, təbii ki, çox, həm də çox çətindir. Buna baxmayaraq, çox isti görüşümüz oldu və onlar doğru şeylər söylədilər, buna görə də biz onlara özlərini göstərmək üçün şans verəcəyik", - deyə Amerika liderinin xüsusi elçisi bildirib.

ABŞ prezidentinin kürəkəni qeyd edib ki, Fələstinin radikal HƏMAS hərəkatının tərk-silah edilməsi prosesinə artıq 30 gün ərzində, tunellərin bir hissəsinin ləğvi işlərinə isə yaxın 60-90 gün ərzində başlanıla bilər.

"Hər hansı birbaşa təhlükə yaranacağı təqdirdə biz İsrailin özünümüdafiə hüququnu məhdudlaşdırmaq niyyətində deyilik. Bunun məhz nə demək olduğunu aydınlaşdırmalı olduq", - deyə Kuşner vurğulayıb. Onun sözlərinə görə, silahların bir qisminin müsadirə edilməsi də daxil olmaqla, irəliləyişlər "artıq 30 gün ərzində" başlaya bilər.

"Ümid edirəm ki, növbəti 60-90 gün ərzində tunellərin bir hissəsinin ləğvi də başlayacaq, buna görə də inkişaf kifayət qədər tez əldə oluna bilər", - deyə o əlavə edib. Kuşner vurğulayıb ki, bunun üçün hər iki tərəfin əməkdaşlığı tələb olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri