Trampın kürəkəni və nümayəndəsi İsrail rəsmiləri görüşüb Qəzza Planın ikinci mərhələsi müzakirə olunur
Icma.az bildirir, Mia.az portalına istinadən.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Jared Kuşner İsrail rəsmiləri ilə Qəzzadakı Sülh Planının ikinci mərhələsi ilə bağlı görüşüblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrailin “Yedioth Ahronoth” qəzeti yazıb.
Qəzetin məlumatına əsasən, Stiv Vitkoff və Jared Kuşner İsraildə Hərbi Kəşfiyyat direktoru Şlomi Binder və İsrail Müdafiə Qüvvələrinin Planlaşdırma Direktorluğunun direktoru Eyal Harel ilə qapalı müzakirə aparıblar.
Məlumata görə, ABŞ rəsmiləri görüşdə Qəzzaya beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsi və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan atəşkəs razılaşmasının ikinci mərhələsinə hazırlıq məsələlərinin detallarını müzakirəyə çıxarıblar: "Görüşdə İsrail rəsmiləri isə Qəzza zolağının böyük hissəsində hələ də mövcud olan tunellərdən narahatlığını bildirib və beynəlxalq qüvvələrdən onları aradan qaldırmağı tələb ediblər".
ABŞ rəsmiləri bir neçə gün əvvəl iki İsrail əsgərinin ölümü ilə nəticələnən Rəfahdakı HƏMAS döyüşçüləri ilə toqquşmaya görə narahatlıqlarını da bildiriblər. Qeyd olunub ki, bu hadisə vasitəçilər Qətər, Türkiyə və Misirlə müzakirə olunub: "Onlar bu hadisədə HƏMAS-ın əlinin olmadığını deyiblər..."
İsrail tərəfi yəhudi girovların cəsədlərinin dağıntılar altından daha operativ çıxarılması ilə yanaşı, HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmələrini də gözlədiklərini ABŞ tərəfinin diqqətinə çatdırıblar.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Oktyabr 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















