Icma.az
close
up
RU
“Cared Kuşnerin qayıdışı: Qəzza Trampın kürəkəni üçün yeni “layihə“ olacaqmı?“ “Detaly“ (İsrail)

“Cared Kuşnerin qayıdışı: Qəzza Trampın kürəkəni üçün yeni “layihə“ olacaqmı?“ “Detaly“ (İsrail)

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Trampın kürəkəninin "sülh planı" diplomatiya ilə biznes arasında..."

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner onun ilk prezidentlik dövründə Ağ Evdə əsas məsləhətçilərindən biri olub. 2025-ci ilin əvvəlində Tramp yenidən prezident kreslosuna qayıtdıqdan sonra Kuşner daha çox kölgədə qalıb. Lakin o, nə təsirini, nə də ambisiyasını itirib.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.

Trampın köhnə məsləhətçisi yenidən səhnədə

Müəllif qeyd edir ki, Kuşner bu dəfə Trampın Qəzza müharibəsini bitirmək və bölgənin gələcək taleyini müəyyənləşdirmək planının memarlarından biri kimi çıxış edir. Bu gün Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff Misirdə keçirilən İsrail-HƏMAS danışıqlarına qatılacaq. Rəsmi vəzifə tutmasa da, onun iştirakı Tramp administrasiyasının atəşkəs razılaşmasına ciddi yanaşdığını göstərən siqnal kimi dəyərləndirilir. Şarm əl-Şeyxdəki bu danışıqlar Kuşnerin - Trampın qızı İvanka ilə evli olan siyasətçinin Yaxın Şərq diplomatiyasına böyük qayıdışını simvolizə edir.

"Avraam sazişləri"nin memarı və körfəz kapitalının dostu

Kuşner Trampın ilk administrasiyasında Yaxın Şərq siyasətinin əsas fiqurlarından biri olub. Onun adı İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına gətirən "Abraam sazişləri" ilə birbaşa bağlıdır. Tramp Ağ Evi tərk etdikdən sonra Kuşner "Affinity Partners" adlı birbaşa investisiya fondunu təsis edib. Bu fondun əsas kapitalı Fars körfəzi ölkələrinin neft gəlirlərindən formalaşır. Əsas investor 2 milyard dollarlıq payla Səudiyyə Ərəbistanıdır. 2024-cü ilin sonuna qədər BƏƏ və Qətər də birgə 1,5 milyard dollarlıq sərmayə yatırıb.

O, Tramp administrasiyasında işlədiyi illərdə Körfəz ölkələri ilə qurduğu şəxsi əlaqələri biznesdə uğurla istifadə edib. Xüsusilə vəliəhd şahzadə Məhəmməd bin Salmanla yaxın münasibətləri diqqət çəkir - xəbərlərə görə, onlar birbaşa "WhatsApp" üzərindən əlaqə saxlayırlar. Kuşner həm də Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı nüfuzlu səfiri Yusif əl-Öteybanın dəstəyini qazanıb. Qətər hökuməti ilə bağlı bir şirkət isə vaxtilə Kuşner ailəsinin daşınmaz əmlak firması "Kushner Companies"i müflis olmaqdan xilas edib.

İsraillə şəxsi bağlar və ailə əlaqələri

Cared Kuşnerin İsrailin baş naziri Benyamin Netanyahu ilə də uzunmüddətli dostluğu var. "The New York Times" yazır ki, Netanyahu hələ illər öncə ABŞ-a səfərləri zamanı Kuşner ailəsinin Nyu-Cersidəki evində onun yataq otağında qonaq qalıb. Son illərdə Kuşner tez-tez İsraili ziyarət edir, onun "Affinity Partners" fondu isə İsrail şirkətlərinə fəal şəkildə sərmayə qoyur. Bunlara "The Phoenix Holdings" maliyyə qrupu, avtomobil sektorunda fəaliyyət göstərən "Shlomo Group" və digər şirkətlər daxildir. İvanka Trampın yəhudiliyi qəbul etməsi də Kuşnerin İsrailə yaxın imicini daha da gücləndirib.

"Əsrin sazişi" və Qəzza planının kökləri

Trampın birinci prezidentliyi dövründə Kuşner "Əsrin sazişi" adlanan Yaxın Şərq planını hazırlayan əsas şəxs olub. Bu plan İsrailin İordan çayının qərb sahilinin 30 faizini ilhaq etməsini və Fələstinin təhlükəsizlik təminatı olmayan formal bir dövlətə çevrilməsini nəzərdə tutub. Əvəzində Fələstin rəhbərliyinə 50 milyard dollarlıq iqtisadi yardım vəd edilib, lakin plan qətiyyətlə rədd olunub.

Tramp sonradan ABŞ-ın Qəzza bölgəsini nəzarətə götürərək onu "Yaxın Şərqin Rivyerası"na çevirmək təklifini irəli sürüb. Bu plan fələstinlilərin zorla köçürülməsini nəzərdə tutub və bir çox müşahidəçilər bunu Kuşnerin ideyası kimi qəbul edib.

2024-cü ilin fevralında Kuşner Harvardda çıxışı zamanı bənzər bir fikir səsləndirib: "Qəzzanın sahil zonası çox dəyərlidir. Orada vəziyyət bir qədər xoşagəlməzdir, amma İsrailin yerində olsaydım, insanları köçürüb nizam-intizam yaradardım". Bu təklif, o cümlədən "Yaxın Şərq Rivyerası" ideyası həm Qərb, həm də ərəb liderləri tərəfindən rədd edilib, hətta Trampın və Kuşnerin Körfəz müttəfiqləri də bu planla razılaşmayıb.

Yeni plan və Kuşnerin diplomatik dönüşü

İndi Kuşner Trampın yeni, 20 maddədən ibarət Qəzza planının hazırlanmasında əsas iştirakçılardan biridir. O, Ağ Evdə bu məsələ üzrə keçirilən əsas görüşlərdə iştirak edib. BMT Baş Assambleyası zamanı o, Nyu-Yorkda Netanyahu ilə danışıqları tərk edərkən kameralara düşüb.

Yeni plana görə, nə Qərb sahilinin İsrail tərəfindən ilhaqı, nə də Qəzzadan fələstinlilərin zorla çıxarılması nəzərdə tutulur. Ekspertlər bunu ərəb dövlətlərinə, xüsusilə də neftlə zəngin Körfəz ölkələrinə verilmiş mühüm güzəşt kimi qiymətləndirir. Tramp bu ölkələrin maliyyə və diplomatik dəstəyini təmin etmədən atəşkəs və Qəzzanın bərpasını reallaşdıra bilməz.

Bəzi tənqidçilər qorxurlar ki, Kuşnerin "developer" düşüncəsi və İsrailə meylli baxışları sülh təşəbbüsünü real insan maraqlarından uzaq, biznes layihəsinə çevirə bilər. Digərləri isə onun Körfəz ölkələri ilə sıx münasibətlərinin Şarm əl-Şeyx danışıqlarında uğura yol aça biləcəyinə inanır.

Müəllif: Aleksandra Appelberq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri