Icma.az
close
up
RU
“Trampın maksimalist mövqeyi ABŞ İran razılaşmasını təhlükəyə atır”

“Trampın maksimalist mövqeyi ABŞ İran razılaşmasını təhlükəyə atır”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son aylar dünya siyasətinin əsas diqqətmərkəzində duran məsələlərdən biri də İranınnüvə proqramı ətrafında cərəyan edən proseslərvə bu kontekstdə ABŞ-İran münasibətləridir. Yaxın Şərqdə geosiyasi gərginliyin artması, beynəlxalq güclərin maraq toqquşması və nüvətexnologiyalarına nəzarət mövzusunda gedənqlobal debatlar, İran məsələsini bir daha qlobalgündəmə gətirib. İranın uranı zənginləşdirməsiilə bağlı iddialar və bu fəaliyyətin potensialnəticələri təkcə region dövlətlərini deyil, bütövlükdə beynəlxalq ictimaiyyəti narahat edir.

Mövzu ilə bağlı dünya güclərinin fərqliyanaşmaları, xüsusilə ABŞ-ın sərgilədiyi sərt vəmaksimalist mövqe prosesin həllini daha daçətinləşdirir. Vaşinqtonun, xüsusən də prezidentDonald Trampın ritorikası və yanaşmasıməsələnin diplomatik yolla həllini sual altınaalır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasi İdarə Heyətinin üzvü, siyasi şərhçi Ə.Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasındaABŞ-İran münasibətləri, nüvə danışıqları vəTrampın ritorikasının mümkün nəticələri iləbağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarla İran arasında nüvə danışıqlarının baş tutması vəmüəyyən irəliləyişlərin əldə edilməsi uğurluhesab oluna bilər: “Əvvəllər İran birmənalıolaraq Birləşmiş Ştatlarla danışıqlarınbaşlanmasına qarşı idi. Lakin son zamanlarYaxın Şərqdə İranın mövqelərinin sarsılmasıölkəni danışıqlara başlamağa vadar etdi”.

Əli Zülfüqaroğlu bildirib ki, İranın nüvə silahıəldə etməyəcəyi ilə bağlı zəmanət verməsiəslində danışıqlar istiqamətində önəmli addımkimi dəyərləndirilir: “İran bəyan edib ki, beynəlxalq qurumlar İranın nüvə təsisatlarındayoxlamalar apara bilər. Bununla İran həmdanışıqlara açıq olduğunu, həm də müharibəistəmədiyini nümayiş etdirir”.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti DonaldTramp İranın ümumiyyətlə nüvə enerjisindənistifadə etməsinə icazə verilməyəcəyini deməsiprosesi mürəkkəbləşdirən əsas amillərdənbiridir: “Trampa qarşı həm ABŞ daxilində, həmdə xaricdə – xüsusilə İsrail hökuməti və ABŞ-dəki siyonist lobbi tərəfindən təzyiqlər var. Onlar hesab edirlər ki, İranın vurulması üçünhazırkı dövr ən uyğun zamandır”.

O vurğulayıb ki, mövcud vəziyyətdə, istər YaxınŞərqdə, istərsə də ümumiyyətlə dünyanın hərhansı bir bölgəsində birbaşa və ya dolayısı ilə müharibəyə daxil olmaq ABŞ-nin maraqlarınauyğun deyil: “Çünki ölkə daxilində prioritetməsələ iqtisadi problemlərin aradan qaldırılmasıvə inflyasiyanın qarşısının alınmasıdır. Eynizamanda, Vaşinqton Çinlə ticarət savaşınıdavam etdirmək üçün beynəlxalq zəmin yaratmağa çalışır. Müharibə isə bu prosesə zərərverə bilər. Ona görə də ABŞ müharibəyəbirmənalı olaraq girmək istəmir”.

Əli Zülfüqaroğlu bildirib ki, İran da hazırkıgeosiyasi vəziyyəti və ABŞ-nin durumununəzərə alır və nüvə enerjisindən sülh məqsədiləistifadə edəcəyi ilə bağlı prinsipial mövqenümayiş etdirir. O, ABŞ-nin bir müddət sionist lobbinin təzyiqlərinə dözümlü yanaşa biləcəyini önə çəkib. Lakin İranın vurulması ilə bağlı bu təzyiqlərin Trampa ciddi təsir göstərəcəyini düşünmür: “Çünki Tramp bu təzyiqlərə boyun əyərək addım atarsa, bu, həm daxili, həm də beynəlxalq ictimai rəyi köklü şəkildə dəyişə bilər. Yəni Amerika ictimaiyyəti İranın nüvə silahından imtina etdiyini bildiyi halda, əgər belə bir hücum baş versə, Trampa qarşı daxili təzyiqlər artacaq ”.

Onun fikrincə, digər tərəfdən, İranın vurulması bölgədə və dünyada ciddi problemlərə yol aça, eyni zamanda ABŞ üçün arzuolunmaz nəticələr doğura bilər: “Ona görə də belə bir addım nəzəri baxımdan mümkün olsa da, reallaşma ehtimalı çox azdır”.

Əli Zülfüqaroğlunun sözlərinə görə, ümumilikdə vəziyyət mürəkkəbdir: “Bunu yaradan əsas səbəb ABŞ-nin maksimalist yanaşmasıdır”. Politoloq bəyan edib: “ABŞ birmüddət bu maksimalist yanaşmanı davametdirsə də, sonunda İranla razılaşma yolunagedəcək. Çünki bu, həm ABŞ üçün də ən uyğunvariantdır və bu razılaşmanın baş tutması böyükehtimalla mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyun 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri