İran Trampın Tehranla razılaşmasını gözləyir
ABŞ prezidenti Donald Tramp Tehranla razılığa gələ bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət mediası yazır.
İranlı analitiklər Trampın Tehrana təzyiq göstərəcəyini güman edirlər, lakin İranla razılaşmanın mümkünlüyünü də istisna etmirlər. Nəşrin yazdığına görə, Tramp Rusiya və Çini İranla əməkdaşlığı dayandırmağa inandırmağa çalışa bilər.
Qəzet yazır: "İran hökuməti elə hərəkət etməlidir ki, İran siyasətində hələ də ciddi fikir ayrılıqları olan Tramp administrasiyasının xarici siyasət bloku İranla danışıqlar prosesini güzəşt deyil, həyati zərurət kimi görsün".
İran hökuməti problemin danışıqlar yolu ilə həllində israrlıdır, lakin bu çağırışlar indiyədək Vaşinqtonda cavabsız qalıb.
Baxış sayı:99
Mənbə:https://operativmm.az