Icma.az
close
up
RU
Trampın Meksika siyasətinin kökündə nə dayanır Səbəb Kubadır? KONKRET

Trampın Meksika siyasətinin kökündə nə dayanır Səbəb Kubadır? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Tramp birincisi, müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-yə daxil olduğunu bildirir, ikincisi Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir. Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı sərhəddən keçidlərin də qarşısını almağa çalışacaq.

KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün “Facebook” səhifəsində yazıb. Politoloqqun fikrincə ötən ilin oktyabr ayında Meksika Prezidenti seçilən Klaudiya Şeynbaum də cavab tədbirləri hazırlayıb.

“Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib:

“Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimləri isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesuelladan sonra Kubanın ikinci neft təhcizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir.

Meksikanın bu siyasəti ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir. Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika Prezidenti Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən xanım Prezident bu sözləri ilə Trampa meydan sulayır. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri