Icma.az
close
up
RU
TRAMPIN MOSKVA VƏ ÇİN PLANI: iki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir

TRAMPIN MOSKVA VƏ ÇİN PLANI: iki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tramp siyasətçidən daha çox, peşəkar tacirdir. Bu düşüncədədir ki, elə ən yaxşı siyasətçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir.

O, hələ 2011-ci ildə çapdan çıxmış və gələcəyə dair siyasi baxışlarını əks etdirən "Vaxtdır, Amerikanı yenidən gücləndirək!" kitabında özü haqda yazırdı: "Mənim bütün həyatım sazişlər bağlamaqla, böyük pullar qazanmaqla keçib. Qazanc mənbəyim isə böyük layihələrdir. Bu gün varidatım artıq 10 milyard dolları ötüb... Amerikanın da biznesdən başı çıxan bir prezidentə ehtiyacı var. Bizə Amerikanı güclü, təhlükəsiz və azad ölkə kimi qoruya, danışıqlar masasında qarşı tərəfdə yer alan digər dövlətlərə deyil, məhz Amerikaya üstünlük verən sazişlər bağlaya biləcək prezident gərəkdir".

İndi bu peşəkar tacir, uğurlu biznesmen - sövdələşmələr ustası 20 yanvardan etibarən ikinci dəfə ABŞ-da prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir, ölkələr isə bir-bir onunla əməkdaşlığa hazır olduqları bəyanatlarını səsləndirirlər...

Trampın Kanada, Meksika, Panama kanalı, Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar, əslində, həm də Amerikanı varlı və qüdrətli edəcək, bütün diqqətləri qitənin öz daxilinə çəkəcək böyük maliyyə layihələrdir.

Ancaq Trampın dünyanın siyasi xəritəsini dəyişəcək əsas sövdələşməsi, şübhəsiz ki, Rusiya ilə - prezident Putinlə olacaq.

Putinlə sövdələşmə təkcə Ukraynanın və Avropanın yox, həm də bizim daxil olduğumuz Cənubi Qafqaz regionunun, o cümlədən bütün Yaxın və Orta Şərqin taleyini masaya yatırmaq, siyasi xəritəsini dəyişmək və Çinlə gələcək münasibətlərin məsafəsini, "Asiya Əjdahası"nı Qərbə çıxaran yolların kimin nəzarətində olmasını müəyyənləşdirmək deməkdir!

Çünki Tramp yaxşı dərk edir ki, həm iqtisadi, həm də hərbi planda çox yaxın gələcəkdə Amerikanın əsas rəqibi yalnız Çin olacaq.

O Çin ki, Avropanı tamamilə ABŞ asılılığına salan Ukrayna savaşında o da Rusiyanı məharətlə özünün "kiçik qardaş"ına çevirməyi bacarıb.

Bu bir həqiqətdir ki, 3 illik Ukrayna savaşından hələlik ən böyük qazancla çıxan 2 ölkə var - ABŞ və Çin.

Tramp özü hələ 14 il əvvəl - ABŞ-ın dövlət borcunun 18 trilyon dolları keçdiyi bir vaxtda yazdığı kitabında bar-bar bağırırdı ki, Çin ABŞ-ı içdən sararaq, "yeyir" və Çin haqqında da amerikalılarda çox yanlış təsəvvür yaradılıb: əslində, Çin uğurlu maliyyə siyasətiylə ABŞ-ı borclandırır və əsas istehsalçı-ixracatçı ölkəyə çevrilməklə, 2027-ci ildə ABŞ-ı ötüb keçəcək.

Trampın həyəcanlı çağırışlarının yekunu isə bu idi: Çini ABŞ-a hörmətlə davranmağa məcbur etmək və gələcək dünyanı Çinlə birgə idarə etməyə hazırlaşmaq!

İstər Ukrayna, istərsə də Yaxın Şərqdə gedən və arxasında həm də Amerika və Çin kapitalının dayandığı savaşlar bir daha göstərdi ki, dövlət borcu artıq 36 trilyon dolları keçən ABŞ-ın dünyanı bir qütbdən, təkbaşına idarə etmək iddiası iflasa uğrayıb və indi masa arxasına əyləşmək, digər qlobal və regional güc mərkəzləriylə təsir zonalarının yenidən bölüşdürülməsini nəzərdə tutan müasir "Yalta konfransı" təşkil etmək vaxtıdır...

Ancaq "yeni nizam" qurulanadək, savaşın əsas tərəfləri - ABŞ və Rusiya mütləq bir araya gəlməli, münaqişələri sövdələşməyə çevirməyin uğurlu yollarını tapmalıdırlar.

Trampla Putinin ilk uğurlu sövdələşməsi isə Avropayla Asiya arasındakı körpüdə - Cənubi Qafqaz üzərində ola bilər. Çünki mövcud münaqişələr içərisində real sülhün ən tez əldə olunma imkanı məhz buradadır - Azərbaycanla Ermənistan arasında...

Burada sülh Tramp və Putinin Ukrayna və Yaxın Şərq problemlərini də sülhlə çözmə imkanlarını artıra bilər.

Ukraynada özünə gərəkli əraziləri tutan Rusiyanın gözlənilmədən Suriyada Türkiyənin xeyrinə geri çəkilməsi, ardınca İranla da 1 ildir təxirə salınan strateji tərəfdaşlıq sazişini yeniləməsi göstərir ki, Putin ABŞ prezidenti Trampla görüşə həm də İslam dünyasının bu iki önəmli ölkəsinin dəstəyini də arxasına almaqla gedir və o, indi təkcə Rusiyanın yox, Çinlə Avropanın sərhədinədək olan böyük bir coğrafiyanın əsas təmsilçisi kimi danışıqlara qatılmaq iddiasındadır...

İki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir. Görək, gözlənilən böyük sövdələşmədən kim daha karlı çıxacaq?

Şübhəsiz ki, doğrusunu yalnız Allah bilir!

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Yanvar 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri