Icma.az
close
up
RU
TRAMPIN 7 BƏNDLİK “SÜLH PLANI” Qərb mətbuatı detalları açıqladı

TRAMPIN 7 BƏNDLİK “SÜLH PLANI” Qərb mətbuatı detalları açıqladı

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar barəsində çox danışılan ABŞ-nin Ukraynaya dair sülh planının 7 bəndi açıqlanıb.

“AzPolitika” xəbər verir ki, Britaniyanın “Daily Telegraph” qəzeti öz mənbələrinə istinadla yazır ki, ABŞ hakimiyyətinin Ukraynaya təklif etdiyi sülh planı yeddi bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Rusiyanın Krımın ilhaqının ABŞ tərəfindən rəsmən tanınmasını, Kiyevin NATO-ya qoşulmaqdan imtinasını və ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının tamamilə ləğvini nəzərdə tutur.

“Daily Telegraph”-a görə, ABŞ-nin sülh planı aşağıdakı bəndlərdən ibarətdir:

1. Dərhal atəşkəs;

2. Ukrayna və Rusiya arasında birbaşa danışıqların başlanması;

3. Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, lakin onun Avropa Birliyinə daxil olmasının istisna edilməməsi;

4-5. Bu bəndlər ərazilərə aiddir: ABŞ de-yure Rusiyanın Krımı ilhaqını tanıyır və tərəflər cəbhə xəttini dondurur. Sənəddə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya ərazisi kimi rəsmi tanınması nəzərdə tutulmayıb, lakin “Daily Telegraph” qəzetinin yazdığına görə, Vaşinqton tərəfindən bu nəzarət faktiki olaraq tanınacaq. Ukrayna ərazisinin bir hissəsi (Xerson vilayətində) Kiyevə qaytarılmalıdır və ABŞ Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti ələ keçirməlidir.

6. Ukrayna ABŞ ilə birgə təbii mineralların işlənməsinə dair müqavilə imzalayır.

7. Amerika sanksiyalarının tamamilə ləğvi və Moskva ilə Vaşinqton arasında enerji sektorunda əməkdaşlığın başlaması, ABŞ və Rusiya arasında yeni iqtisadi əlaqələrin qurulması.

“Daily Telegraph”ın məlumatına görə, planda Kiyev üçün ABŞ-dən heç bir aydın təhlükəsizlik zəmanəti, o cümlədən Amerikanın “istəklilər koalisiyasına” - Ukraynaya sülhməramlı qüvvələr göndərmək istəyən bir qrup Avropa ölkəsinə yardımından bəhs edilmir.

Nəşr qeyd edir ki, Kiyev Amerikanın təkliflərini qəbul etməkdə çətinlik çəkəcək, çünki bu təkliflər təhlükəsizliyi təmin edən mexanizmlər olmadan ərazi itkilərini nəzərdə tutur. Kiyev rəsmiləri nəşrə bildiriblər ki, onlar sülh sazişinin əldə olunması perspektivlərinə şübhə edirlər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri