Trampın müttəfiqlərinin Zelenskinin siyasi rəqibləri ilə görüşdüyü iddia edilir
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra Trampın müttəfiqlərinin Ukrayna müxalifətinin tanınmış simalarından biri, keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenkonun partiyasının üzvü ilə görüşdüyü iddia edilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmilərinin Timoşenko və Poroşenkonun partiyasının aparıcı rəsmisi ilə görüşündə diqqət mərkəzində olan məqam Ukraynada dərhal prezident seçkilərinin keçirilə biləcəyi olub.
Trampın yaxın işçi komandası Zelenskinin müharibə və korrupsiya səbəbilə seçkiləri uduzacağı fikrini müdafiə etsə də, sorğular göstərir ki, Zelenskinin səsləri keçən həftəki Trampla olan sözlü münaqişədən sonra yenidən yüksəlib.
Hazırkı fövqəladə vəziyyətə görə Ukraynada seçkilər keçirilə bilməsə də, Tramp Zelenskini “seçilməmiş diktator” olmaqda ittiham edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















