Icma.az
close
up
RU
Trampın növbəti hədəfi hansı ölkədir? Politoloqdan ŞƏRH

Trampın növbəti hədəfi hansı ölkədir? Politoloqdan ŞƏRH

Milli.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşünü diqqətlə izləyən ölkələr arasında Çin də var idi. Çinin "Sinhua" agentliyi liderlərin sammitini bu başlıqla yayımlayıb: "Ukrayna ilə bağlı razılaşma əldə olunmadı".

Bəs Çin niyə ABŞ-Rusiya görüşünü yaxından izləyirdi?

Milli.Az xəbər verir ki, mövzunu politoloq Elxan Şahinoğlu şərh edib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana Qərbin Pekinə qarşı siyasəti sərtləşib. Vaşinqton və Brüssel Pekini Rusiyaya hərbi dəstəkdə ittiham edirlər.

Pekin bu iddiaları rədd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları Çinin Rusiyaya hərbi texnika istehsalı üçün lazım texnoloji avadanlıqlar ötürdüyü qənaətindədir:

"Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi bir tərəfdən Çinə iqtisadi problemlər yaradarkən, digər tərəfdən bu ölkənin rəsmiləri müharibənin davamında maraqlı olduqlarını gizlətmirlər. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərin birində açıq etiraf etmişdi ki, Rusiya müharibədə məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək. Başqa sözlə bu, o deməkdir ki, ABŞ-ın başı nə qədər Rusiya-Ukrayna müharibəsinə qarışsa, bu, bir o qədər Çinin maraqlarına cavab verir. 

Çinin "China Daily" nəşrində yayımlanan son məqalədə Rusiya-Ukrayna müharibəsinin günahkarı kimi NATO-nun şərqə doğru genişləndirilməsi siyasəti göstərilib. Nəşrin iddiasına görə, Rusiya-Ukrayna müharibəsinin başlamasının səbəbi məhz budur. Alyaska görüşünü şərh edən qəzet ABŞ və Rusiya Prezidentlərinin görüşünün nəticə verməməsinin dərin səbəbləri olduğunu vurğulayıb. Çin nəşri müharibənin dayandırılması üçün Qərbin ciddi addımlar atması zərurətini yazıb. Nəşr həmin addımların nədən ibarət olduğunu yazmasa da, söhbətin Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasından getdiyi aydındır.  

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət müqaviləsinin imzalanmasına çalışır. Trampın mövqeyi belədir ki, Rusiya-Çin ittifaqı ABŞ üçün təhlükəlidir, Vaşinqton bu dövlətlərdən birini öz tərəfinə çəkməlidir. Tramp Rusiya-Çin ittifaqının formalaşmasına görə özündən əvvəlki demokrat Prezidentləri Barak Obamanı və Co Baydeni günahlandırıb. Məlumdur ki, ABŞ-lə keçmiş SSRİ arasında soyuq müharibə illərində Vaşinqton kommunist Pekini öz tərəfinə çəkməyə nail olmuşdu. Ancaq SSRİ dağıldıqdan sonra Vaşinqtonun bu siyasəti zəiflədi və Rusiya Çinlə müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələri qurdu". 

Politoloqun sözlərinə görə, Tramp hesab edir ki, Rusiya və Çin strateji tərəfdaş ola bilməzlər:

"Onun fikrincə, əhalisi artan Çinin Rusiyanın ərazilərinə və resurslarına ehtiyacı var. İndi əsas sual budur: Tramp Rusiya-Çin ittifaqını zəiflətmək üçün hansı ölkəni özünə yaxınlaşdırmaq istəyəcək?  Həm Moskva, həm də Pekin ABŞ-la siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək istəyirlər. Moskvaya mane olan Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsidir. ABŞ-lə Çin öz aralarında idxal və ixracatda razılaşmalar əldə edə bilsələr, Vaşinqton yenə tərəfdaş olaraq Pekini seçə bilər. Ancaq bunun üçün Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Pekinin isə bu planından imtina edəcəyinə dair işarə yoxdur. Odur ki, Trampın söylədiklərinə baxmayaraq, Vaşinqton hələ bir müddət də Moskva-Pekin ittifaqı ilə üz- üzə qalacaq".

Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Avqust 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri