Trampın növbəti hədəfi bu ölkə ola bilər Politoloqdan şərh
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Maduronun devrilməsindən ən çox zərər çəkən ölkə Kuba ola bilər. Venesuela oradakı qardaş rejimə çox ucuz qiymətə neft satır və bu, Kubanın neft ehtiyacının 40 faizini təşkil edir. ABŞ bu alveri dayandırsa, Kubada sosial-iqtisadi vəziyyət daha da ağırlaşacaq.
Adalet.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
"Kuba hazırda çox ağır, hərtərəfli böhran girdabındadır. Hökumət xalqı elektrik enerjisi, qida, dərman kimi təməl ehtiyaclarla təmin edə bilmir. Əhalinin 70 faizi normal qidalanmır, azı 90 faizi dərin yoxsulluq içərisindədir. Xəstəliklər geniş yayılıb. Kommunal infrastruktur dağılıb.
Şübhə yoxdur ki, Tramp və kubalı dövlət katibi Marko Rubio qarşıdakı 3 il ərzində Kuba məsələsini də həll etməyə və uzun illərdir qıcıq duyduqları sosialist rejimi nəhayət ki, yox etməyə çalışacaqlar.
Trampın qitə siyasəti latınamerikan mənşəli amerikalılar arasında (xüsusən Floridada) indiki administrasiyanın nüfuzunu artıracaq. Amma bu, qarşıdakı Konqres və prezident seçkilərində respublikaçıların qələbəsi üçün yetərli olmaya bilər", - deyə politoloq qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 Yanvar 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















