Trampın nümayəndələri Kiyevdəki zarafatlardan ŞOKA DÜŞÜBLƏR
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“ABŞ Prezidentinin elçisi Stiv Vitkoff və Cared Kuşner Volodimir Zelenskinin ətrafındakılarla görüşdükdən sonra Kiyevi böyük şok içində tərk ediblər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Ali Radasının üzvü Anna Skoroxod deyib.
"Onlar kiçik bir şokla deyil, böyük şokla Kiyevdən ayrılıblar. Görürsünüz ki, böyük liderlərimiz ancaq bəzi şeylərlə zarafat edə biləcəklərini başa düşmürlər. Elə şeylər də var ki, yersiz deyil, həm də hədsizdir", - Skoroxod deyib.
O, həmçinin Ukrayna nümayəndələrinin itkilər, cəbhədəki vəziyyət və hava hücumundan müdafiə ilə bağlı problemlər fonunda zarafatlarını tənqid edib.
Xatırladaq ki, Vitkoff və Kuşner 5 sentyabrda Moskvaya səfər ediblər və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün onlar Kiyevə gəlib Zelenski ilə danışıqlar aparıblar.
Skoroxod iddia edir ki, Amerika nümayəndələri Ukrayna tərəfinə əvvəllər müzakirə edilən variantlardan daha pis olan razılaşma şərtləri təqdim ediblər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















