Icma.az
close
up
RU
Trampın nünayəndəsi elan etdi: Rusiya Ukrayna müharibəsi daha üç il davam edəcək?

Trampın nünayəndəsi elan etdi: Rusiya Ukrayna müharibəsi daha üç il davam edəcək?

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Donald Trampın prezidentlik müddəti başa çatana qədər Ukraynadakı münaqişənin həllinə və Yaxın Şərqdə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Bu, kifayət qədər ciddi açıqlamadır. Belə ki, Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl prezident seçiləcəyi təqdirdə müharibəni qısa müddətə bitirə biləcəyini deyirdi. Onun dediklərindən belə çıxırdı ki, savaşın bitməsi üçün sadəcə bir neçə gün lazımdır. İqtidara gəldikdən sonra isə Tramp başa düşdü ki, "bu həna o hənadan deyil". Beləliklə, Vaşinqtonun müharibənin bitməsinə dair "son tarixi" uzandı, bu dəfə Ağ Ev rəhbəri bir neçə ay "möhlət istədi". Sonuncu dəfə Trampın Rusiya və Ukraynaya 50 gün vaxt verdiyi bildirilirdi. Ola bilsin, savaş bu müddətə də bitməsin.

Məsələ burasındadır ki, Tramp, həqiqətən, müharibənin başa çatmasını istəyir. Bunun bir neçə səbəbi var. Birincisi, o, Nobel sülh mükafatına real namizəddir və bu iddiadadır. İkincisi, müharibə başa çatandan sonra ABŞ Rusiya ilə əlaqələri qismən olsa da normallaşdırmaq və iqtisadi münasibətləri inkişaf etdirmək istəyir. Üçüncüsü, o, Ukraynaya investisiya qoymaq niyyətindədir. Dördüncüsü, Tramp Yaxın Şərqdəki müharibə bitəndən sonra diqqətini Yaxın Şərqə və Çinlə münasibətlərə yönəltmək barədə düşünür. 

Ağ Ev bütün səylərinə rəğmən, hələ ki, müharibəni dayandıra bilmir. Bunun iki əsas səbəbi var. Birincisi, Rusiya və Ukraynanın qarşılıqlı olaraq kompromisə getmək istəməməsi, ikincisi isə Avropanın mövqeyi. Belə ki, Avropa ABŞ-dən fərqli olaraq savaşın bitməsini istəmir. Çünki bir çox Avropa paytaxtı savaş bitəndən sonra Rusiyanın onlar üçün yenidən təhdidə çevrilə biləcəyindən narahatdırlar. Elə buna görə də Ukraynanı silahlandırmaqla müharibənin davam etməsini təmin edirlər. 

Tramp müharibənin bitməsi Moskva və Kiyevin maraqlarının uzlaşdırılmasının zəruriliyini və bunun vaxt alacağını anlayır. Artıq o özü də yaxşı anlayır ki, müharibəni yaxın vaxtda başa çatdırmaq asan məsələ deyil. Düşünürəm ki, Uitkoffun açıqlaması daha çox bununla- ABŞ-yə vaxt qazandırmaqla bağlıdır. 

İkinci bir tərəfdən, ola bilsin, Uitkofun səsləndirdiyi bu fikirlər Trampın bicliyidir. Bəlkə də, ABŞ elə rəy yaratmaq istəyir ki, guya Rusiya- Ukrayna müharibəsinin gedişi daha onun üçün əhəmiyyətli deyil. Mümkündür ki, Ağ Ev rəhbəri beləliklə, beynəlxalq ictimaiyyətin, xüsusilə Avropanın narahat olacağına və "daşı ətəyindən töküb" lazımi dəstəyi göstərəcəyinə ümid edir.

Başqa məsələ isə budur ki, Tramp indiyə kimi verdiyi bir çoxu vədi yerinə yetirə bilməyib. Ən azından Rusiya- Ukrayna müharibəsinin yaxın müddətdə başa çatacağına dair sözlər özünü doğrultmayıb. Odur ki, ola bilsin, Tramp və nümayəndələri Şərqi Avropakı durumla bağlı daha ehtiyatlı danışmaq və əvvəl verilən vədləri unutdurmaq barədə qərar qəbul ediblər.

Uitkofun dediklərindən belə çıxır ki, Trampın savaşı bitirmək üçün hələ üç il vaxtı var. Düşünürəm ki, o, bunu bacaracaq və səlahiyyət müddətini başa vurmazdan əvvəl Nobel mükafatına layiq görüləcək.

Kənan Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri