Icma.az
close
up
RU
Trampın sərtləşən ritorikası: Rusiya Ukrayna müharibəsi necə sonlanacaq?

Trampın sərtləşən ritorikası: Rusiya Ukrayna müharibəsi necə sonlanacaq?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəsmi Vaşinqtonla Kiyev arasında siyasi gərginliyin yaranması Ukraynanın taleyi ilə bağlı narahatlığı artırıb. 

Sfera.az xatırladır ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı çox ciddi ittihamlar irəli sürüb. Onun iddiasına görə, Ukrayna prezidenti ABŞ-ni aldadaraq qalib gəlmək mümkün olmayan müharibəyə təhrik edib.

“Fikirləşin, orta səviyyəli komediya ustası olan Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarını qalib gəlmək mümkün olmayan, heç vaxt başlamamalı olan müharibəyə 350 milyard dollar xərcləməyə inandırdı. ABŞ Ukraynaya Avropadan 200 milyard dollar çox xərcləyib və Avropa pullarına zəmanət verilir, ABŞ isə əvəzində heç nə almır”, - deyən Tramp bu fikirləri ilə ABŞ-nin Ukraynanı dəstəkləməyəcəyinə işarə edib. Tramp Zelenskini seçki keçirməkdən imtina etməkdə ittiham edərək hətta onu “seçkisiz diktator” da adlandırıb. “Zelenski tələssə yaxşıdır, əks halda onun ölkəsi qalmayacaq. Bu arada biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq. Mən Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş görüb, ölkəsi dağıdılıb və milyonlarla insan boş yerə ölüb”. - deməklə Tramp həm Ukraynaya, həm də dünya ictimaiyyətinə ciddi mesajlar verib.  


Trampın gözlənilməz davranışlarını şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ prezidentinin Ukrayna siyasəti fiaskoya uğrayacaq.
M.Əsədullazadə qeyd edib ki, son açıqlamalar ABŞ və Rusiyanın danışıqlar prosesində Zeleskini problem kimi gördüyünün təzahürüdür. Onun sözlərinə görə, indi hər iki ölkə Zelenskidən xilas olmaq istəyir:

“Hər iki prezidentin Zelenski ilə bağlı mövqeyi üst-üstə düşür. Əslində Zelenski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə edir, güzəştə getmir. 
Zelenskinin 500 milyard dollarlıq mineral ehtiyatlarla bağlı ABŞ ilə müqavilədən imtina etməsindən sonra Trampın ona münasibəti dəyişib. Moskva da bunu görüb, ona görə də Ukrayna ilə danışıqlara başlamaq üçün Zelenskinin getməsini şərt kimi qoyub. Trampın açıqlamaları da göstərir ki, ABŞ də Zelenskinin getməsini istəyir”. 

Politoloq düşünür ki, baş verən proseslərlə bağlı Tramp ölkəsində siyasi təzyiqlərlə üzləşəcək. Ekspert rəsmi Pekinin Kiyevə yardım edə biləcəyini vurğulayıb:

“Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə olacaq. Avropa ilə siyasi münasibətlər sistemində ciddi dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətinin iflasa uğrada, bu prosesin davamında Avropa öz ordusunu qura və ABŞ-dən imtina edə bilər. Digər tərəfdən Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma bu cür davranış Çin və Avropanın yaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olması haqqında bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. Bu səbəbdən Trampın hazırkı siyasəti Ukrayna müharibəsini durdurmasına gətirib çıxarmayacaq”.


M.Əsədullazadə əmindir ki, yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək, “köhnə qitə” öz təhlükəsizliyini özü təmin edəcək. Onun sözlərinə görə, bu çərçivədə Ukraynaya hərbi və iqtisadi dəstəyin tamamilə Avropanın öz üzərinə götürməsi də mümkündür. O hesab edir ki, ABŞ Ukraynaya təzyiqi artırmaq üçün hərbi və maliyyə yardımlarını dayandıra və müttəfiqlər arasında narazılıqları artıra bilər:

“Bu da NATO-nun fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə etdiklərini nümayiş etdiriblər. Bu dövlətlərlə bərabər Çin Ukraynanı müdafiə edəcəyinə bağlı əlamətlər göstərib. Belə vəziyyətdə ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər”. 

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri