Icma.az
close
up
RU
“Trampın özü təşkil etsəydi, sui qəsdçi dərhal öldürülərdi Mehman Əliyev

“Trampın özü təşkil etsəydi, sui qəsdçi dərhal öldürülərdi Mehman Əliyev

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hücumun arxasında rəsmi dairələrdən kiminsə əli ola bilər”

ABŞ Prezidenti Donald Tramp yenidən silahlı hücuma məruz qalıb. Hadisə aprelin 25-də başda prezident olmaqla, nazirlərin və rəsmi nümayəndələrin iştirak etdiyi şam yeməyində baş verib. Əlində silah tutan bir nəfər, təhlükəsizlik orqanlarının yanından çevikliklə keçərək qonaqları hədəf almağa cəhd göstərib. Hadisəni törədən 31 yaşlı Koul Tomas Allen saxlanılıb. Onun döyüş oyunları tərtibatçısı olduğu müəyyən edilib. Hücumçu prezidenti deyil, Tramp administrasiyasının rəsmilərini vurmağı planlaşdırdığını etiraf edib. Maraqlısı odur ki, tədbirin təşkil olunduğu “Vaşinqton Hilton” otelində 45 il əvvəl keçmiş prezident Ronald Reyqana da hücum edilib.

Mövzu ilə bağlı tanınmış jurnalist, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Sherg.az-a bildirib ki, ABŞ prezidentinin olduğu məkanları hədəf almaq adət halına çevrilib:

“Xatırlayırsınızsa 2024-cü ildə seçki kampaniyası zamanı qulağından yaralanmışdı. Artıq ABŞ təhlükəsizlik xidməti bunlardan dərs çıxarıb, daha möhkəm müdafiə sistemi qurmalı idi. Şam yeməyi ənənəvi olaraq Hilton “Hilton” oteldə keçirilir. Şəxsin əvvəlcədən oteldə qalması hadisənin spontan deyil, planlı xarakter daşıdığını deməyə əsas verir. Məhz buna görə mürəkkəb quruluşa malik otelin arxitekturasını əzbər bilib”.  

Jurnalist insidentin hökumət tərəfindən törədildiyinə dair yayılan iddialara da münasibət bildirib:

“Əgər Tramp bunu özü təşkil etmiş olsaydı, məsələni ört-basdır eləmək üçün suiqəsdçini anında öldürərdilər. Demək ki, adət halına çevrilən hücumların arxasında rəsmi nümayəndələrdən hansınınsa əli var. Ona görə də, pərdəarxasında dayanan şəxsin kimliyini üzə çıxarmaq məqsədilə suiqəsdçini sağ saxladılar. Bir çoxları hücumun Trampın işinə yaradığını və onun siyasi nüfuzunu artırdığını düşünsə də, vəziyyət belə deyil”. 

M. Əliyev vurğulayıb ki, bu dəfəki hücum hakimiyyətin təhlükəsizlik sistemindəki boşluqları üzə çıxardı:

“Yəni, əlində bir neçə silah olan şəxsin hüquq-mühafizə orqanlarını asanlıqla geridə qoyub, içəri keçməsi ABŞ-nin dünya ölkələrinə nümayiş etdirdiyi “güc” imicinə zərbə vurdu. Cəmiyyətdə belə bir fikir formalaşa bilər ki, prezidenti qoruya bilməyənlər vətəni necə müdafiə edə bilərlər?! Hətta Tramp özünü sındırmamaq üçün təhlükəsizlik orqanlarını təriflədi. O, bununla təhlükəsizlik sistemindəki boşluqları ört-basdır etməyə çalışır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri