Trampın Papa Fransiskin dəfn mərasimi ilə bağlı paylaşımı tənqid olundu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə ilk xarici səfərini həyata keçirəcək. O, Papa Fransiskin dəfn mərasiminə qatılmaq üçün Romaya gedəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti özünün "Truth Social" hesabından açıqlama verib.
"Melaniya ilə mən Papa Fransiskin Romadakı dəfn mərasiminə qatılacağıq. Orada olmağı səbirsizliklə gözləyirik", - deyə Ağ Ev rəhbəri paylaşım edib.
Qeyd edək ki, sosial media istifadəçiləri Trampı tənqid edərək, "səbirsizliklə gözləyirik" ifadəsinin dəfn mərasimi üçün uyğun olmadığını bildiriblər.
Xatırladaq ki, Fransisk insult nəticəsində komaya düşüb və ürəyi dayanıb. Dəfn mərasimi ölümündən 4-6 gün sonra keçiriləcək. Dəqiq tarixi kardinallar müəyyən edəcək. Onlar çərşənbə axşamı konsistoriya üçün toplaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















