Icma.az
close
up
RU
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir?

Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışını özünün "Truth Social" hesabında paylaşıb. Buna cavab olaraq, prezident İlham Əliyev Donald Trampa onun çıxışını paylaşdığına görə təşəkkür edib.

Xatıradaq ki, iyulun 19-da Xankəndidə keçirilən forumdakı çıxışında prezident İlham Əliyev jurnalist Mixail Qusmanın: "Siz yanvarın 20-də Ağ Evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu" fikrinə cavab olaraq deyib: "Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun".

Bu fikirlər ABŞ prezidentini o qədər məmnun edib ki, çıxışın yuxarıda iqtibas gətirdiyimiz hissəsini öz sosial media hesabında paylaşıb.

Bu, əlbəttə, Co Bayden-Entoni Blinken dövründə ABŞ-la Azərbaycan arasında, demək olar, sıfır nöqtəsinə düşmüş münasibətləri yenidən qaldırmaq, əvvəlki vəziyyətinə gətirmək, hətta prezident İlham Əliyevin bu ilin əvvəlində yerli telekanallara müsahibəsində dediyi kimi, əvvəlkindən də daha yüksək səviyyəyə çatdırmaq üçün yaxşı zəmindir. Bakı ilə Vaşinqton arasında bu cür qarşılıqlı pozitiv jestlər qarşılıqlı etimadı, birlikdə işləmək marağını və motivasiyasını artırır. Xüsusilə, Prezident İlham Əliyev Donald Tpampın müharibələrə başlamamış və müharibələrə son qoymağa çalışan ABŞ prezidenti olduğunu, "Cənubi Qafqazdakı şəraiti... diqqət mərkəzində" saxlamasını xüsusi vurğulayıb.

Azərbaycan dövlətinin başçısı "Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə" Prezident Trampa təşəkkür edib.

"Vaşinqton bataqlığını" qurutmaq deyəndə, Prezident İlham Əliyev əvvəlki administrasiyadan - Bayden-Blinken tandemindən miras qalmış antiAzərbaycan yönlü yanaşmaya - əvvəlki dövrün yanlış xarici siyasətinin qalıqlarına son qoyulması zərurətini nəzərdə tutur.

Diqqət etdinizsə, Azərbaycan dövlətinin başçısının çıxışında söhbət ABŞ-ın vasitəçilik missiyasından deyil, Azərbaycanla Ermənistanın vasitəçilər olmadan öz arasında razılığa gəlməsinə Vaşinqtonun köməyindən gedir. Burada ABŞ-ın yanaşması Rusiyanın, eləcə də, Avropa İttifaqının yanaşmasından köklü fərqlənir. Moskva və Brüssel, eləcə də, Paris hələ də Cənubi Qafqazda iki qonşu arasında vasitəçi olmağa - prosesi öz maraqlarına uyğun şəkildə özləri idarə etməyə çalışırlar. Ancaq Vaşinqton birbaşa vasitəçilik etmədən Azərbaycanın və Ermənistanın problemləri öz aralarında çözməsinə kənardan siyasi dəstək verir, kömək edir. Bu baxımdan, ABŞ-ın yanaşmaı Azərbaycanı, eləcə də, Ermənistanı qane edir. Hərçənd buna görə Ermənistan Avropa İttifaqının rəhbərliyinə izahat vermək məcburiyyətində qaldı. Ancaq bölgədə ABŞ-ın üstün ağlrlığı var. Xüsusilə, Türkiyə ilə birlikdə işləmək meyli var.

Biz demirik ki, Vaşinqtonun öz maraqları yoxdur. Əlbəttə, var. Ancaq ABŞ bölgədə sülh prosesinə birbaşa qarışmaq istəmir, sadəcə, danışıqlar prosesinə köməyi ilə Cənubi Qafqaz ölkələrində ABŞ-a etimadı bərpa edir. Bu, Azərbaycanla münasibətlərin tezliklə qaydaya düşəcəyinə ümidləri artırır.

Əslində Mixail Qusmanın sualının mahiyyəti bu idi ki, ABŞ-la, İranla düzəlməyə doğru gedən, Türkiyə ilə möhkəmlənən münasibətlər fonunda Azərbaycan-Rusiya əlaqələri, xüsusilə də, 2022-ci ilin fevralında bu iki ölkə arasında imzalanmış müttəfiqlik birgə fəaliyyəti haqda sənədin taleyi necə olacaq?

Başqa sözlə, TASS Agentliyinin direktor müavini Mixail Qusman soruşur: Azərbaycan ABŞ-la yaxınlaşır deyə (ABŞ-la yaxınlaşmaq üçün) Rusiyadan uzaqlaşır? Rusiya ilə müttəfiqlik bitirilirmi?

Prezident İlham Əliyev bu sualın əsl məğzini dərhal və dəqiq tutmuş, bu hissəni də cavabsız qoymamışdı. Doğrudur, Azərbaycan prezidentinin ənənəvi, sərt tənqidçilərindən biri olan tarixçi professor Cəmil Həsənli öz sosial şəbəkə hesabında: "Qusmanın sualındakı mərkəzi məsələni İlham Əliyev cavabsız qoydu" deyə yazıb. Ancaq əslində bu, belə deyil (yaxud tam belə deyil). Çünki Azərbaycanın dövlət başçısı diplomatik dildə fikrini adekvat ifadə edib. O deyib: "Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır".

Bununla prezident İlham Əliyev Rusiyalı həmkarına, Rusiyaya çatdırmaq istədiyi mesajı ötürüb. Dostluq, müttəfiqlik edə bilmirsə, Rusiya ən azı dinc qonşuluq eləsin, normal qonşu kimi davransın.

Başqa sözlə, Prezident Rusiya ilə müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamənin bundan sonra işləyib-işləməməsinin Rusiyanın özündən asılı olacağını demək istəyib. Cəmil Həsənli isə Azərbaycan dövlətinin başçısını tənqid edir ki, niyə Rusiya ilə 2022-ci ildə imzalanmış bəyannamıni qüvvədən salmır?!

Düşünürəm, tarixçi alimin bu yanaşması doğru deyil. Çünki Rusiya ilə münasibətlərdəki gərginlik bu bəyannamənin Azərbaycan tərəfdən qüvvədən salınmasını şərtləndirən nöqtəyə çatmayıb. İndiki halda Azərbaycanın bu bəyannaməni denonsasiya etməsi gərginliyi pik həddə çatdırmaq, münasibətləri geri dönüşü olmayacaq qədər pozmaq deməkdir. Azərbaycan prezidenti və dövləti Rusiyada yaşayan Azərbaycanlıları da nəzərə alır, onların təhlükəsizliyini və maraqlarını maksimum qorumağa çalışır. Müxalifət təmsilçisi təklif edir ki, Rusiya ilə münasibətlər dərhal, indi, birdəfəlik pozulsun; sonrakı mümkün nəticələri nə olursa-olsun, bu addım atılsın.

Bu, əlbəttə, yanlışdır. Çünki dəfələrlə yazdığım kimi: ifrat ehtiyatlılıq qorxaqlığa bərabər olduğu kimi, ifrat cəsarət isə avantürizmdir.

Prezident İlham Əliyev ifratlara yol vermir, bununla da indiki vəziyyətdə də - bu məsələdə də tam doğru davranır.

Fikir verirsinizsə, o, deyib, "vəziyyətə baxmaq lazımdır". Bu cümlədən çıxan məna budur: həmişə konkret vəziyyətə görə qərar vermək, addım atmaq lazımdır. Hadisələri süni olaraq sürətləndirmək də yanlışdır, hadisələrin arxasınca sürünmək də. Böhranı ağılla, təmkinlə və öz maraqlarına uyğun şəkildə idarə etmək, bu vəziyyətdən mümkün olduğu qədər tez və mümkün qədər az itki ilə çıxmaq lazımdır. Düzgün siyasət bunu tələb edir.

Odur ki, ABŞ-la yaxınlaşmaq başqalarından uzaqlaşmaq demək deyil. Əslində Rusiya Azərbaycandan uzaqlaşıb və ya Azərbaycanı özündən uzaqlaşdırıb, Azərbaycan özü Rusiyadan uzaqlaşmaq qərarını verməyib. Azərbaycanla münasibətlərdə soyuqluq, hətta gərginlik yaradan səbəblər Rusiyanın özündən qaynaqlanır; Rusiya bu səbəbləri aradan qaldırsa, Azərbaycan da qarşılıqlı addım atar. Belə görürəm.

Mən rusofil deyiləm, ancaq rusofob da deyiləm. Bu ölkə Azərbaycanla quruda və suda həmsərhəd olan böyük qonşu ölkədir, bu ölkədə milyonlarla Azərbaycanlı yaşayır. Bu faktorlar siyasətdə mütləq nəzərə alınmalıdır və alınır. Hələ mən demirəm ki, Rusiya Azərbaycanın ticarət tərəfdaşıdır, birgə çoxlu iqtisadi layihələr var, Rusiya Azərbaycan istehsalçıları üçün böyük bazardır və sair. Bunları nəzərdən qaçırmaq olmaz. Eyni zamanda bu, o demək deyil ki, Rusiya Azərbaycana vassal kimi yanaşacaq, Azərbaycan da bunu qəbul edəcək. Əgər Rusiya bizə dost, müttəfiq ola bilmirsə (yaxud olmaq istəmirsə), bu o demək də deyil ki, Rusiyanı, müxalifətçi alimin istədiyi kimi, düşmənə çevirmək, düşmən elan etmək lazımdır.

Bütün bunlara nəzər salanda, prezident İlham Əliyevin apardığı xətt doğrudur. O, Rusiya ilə münasibətləri qorumaq istəyir, ancaq bu, müttəfiqliyə yaraşan münasibətlər deyilsə, İlham Əliyev başçısı olduğu dövlətin, vətəndaşlarının, soydaşlarının maraqlarını və ləyaqətini qorumağı prioritet seçirsə, burda heç bir yanlış yoxdur. Bunun Amerika ilə, yaxud başqa bir ölkə ilə yaxınlaşmağa nə dəxli var?!

Qısası: Azərbaycanın xarici siyasəti, o cümlədən, ABŞ-la, Rusiya ilə və başqa ölkələrlə münasibətlərə nəzərən çoxvektorlu, müstəqil xarici siyasəti tam doğru qurulub və doğru aparılır. Hər halda bu, mənim təhlilimdir və doğruluğuna özüm əminəm. Mübahisə etmək, polemika aparmaq istəyən də varsa, istənilən müstəvidə buna da hazıram.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri